“Hər bir millət vəkili..”
“Milli Məclis deputatının etik davranış qaydaları haqqında Qanun parlamentin fəaliyyəti ilə bağlı əhəmiyyətli bir neçə qanunlardan biridir və hər bir millət vəkili bu Qanunun tələbləri və müddəaları ilə yaxından tanış olmalıdır”.
11 Avqust 2017 11:29 SosialVüsal Hüseynov: "Etik davranış qaydaları haqqında Qanunun tələbləri və müddəaları ilə yaxından tanış olmalıdır"
"Milli Məclis deputatının etik davranış qaydaları haqqında Qanun parlamentin fəaliyyəti ilə bağlı əhəmiyyətli bir neçə qanunlardan biridir və hər bir millət vəkili bu Qanunun tələbləri və müddəaları ilə yaxından tanış olmalıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Vüsal Hüseynov səsləndirib. O, qeyd edib ki, qanunun qüvvəyə minməsi ilə yalnız bizim qanunvericilik sistemimizdə Konstitusiyanın tələbləri (2016-cı il sentyabr tarixli Referendumla deputat üçün etik davranış qaydalarının Qanunla müəyyən edilməsi ilə bağlı yeni müddəa Konstitusiyaya əlavə edilmişdir) təmin edilmir: "Eyni zamanda ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunluq və beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin icrası təmin edilir (AŞPA özünün bir sıra Məruzə/Hesabatlarında bu cür kodekslərin qəbul edilməsini üzv dövlətlərə tövsiyə etmişdir). Bununla həmçinin aydın müəyyən edilir ki, Parlament etik davanış qaydalarına yüksək onəm verir və müəyyən etdiyi etik davranış qaydalarının/hallarının pozulmasına dözümsüz yanaşır və yanaşacaqdır". Millət vəkili bildirib ki, qanun özündə məhdudiyyətlər və nəzarət mexanizmləri də müəyyən edir: "Bu isə hər bir halda Milli Məclis üzvlərinin məsuliyyətli fəaliyyətində daha da məsuliyyətli olmasına təsir edəcək, ümumi olaraq səmərəlilik və şəffaflığı daha da artıracaqdır. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçiriləcəkdir. Qanunun məqsədlərindən biri də parlamentə və deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir. Hesab edirəm ki, Qanunun qəbul edilməsi parlamentin nüfuzunun daha da artmasına öz müsbət töhfəsini verəcəkdir".