Sosial

Bakıda pulsuz "Wi-Fi"dan istifadə edən 500 mininci istifadəçi mükafatlandırıldı

14 Avqust 2017 16:22

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500 000) ötüb.

Zaqatalada 3 otaqlı ev külə dönüb

14 Avqust 2017 16:18

Zaqatala rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Aşağı Tala kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

“Ədəbi-elmi portretlər” kitabı nəşr olundu

14 Avqust 2017 16:14

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhmədin “Ədəbi-elmi portretlər” kitabı çapdan çıxıb. “Olaylar” bildirir ki, kitabda müəllifin ustad şair Məhəmmədhüseyn Şəhriyar, Hüseyn Cavid, Əliağa Vahid, Seyid Cəfər Pişəvəri, Hacı Mail və başqaları haqqında yazdığı portret–oçerkləri toplanıb. İlk oçerk AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli haqqındadır. Oçerkdə akademik İ.Həbibbəylinin çağdaş ədəbiyyatşünaslıqdakı mövqeyi ilə yanaşı, ictimai xadim kimi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində fəaliyyətindən danışılır, bir rəhbər kimi dəyərləri, insani xüsusiyyətləri vurğulanır.

Payızın Azərbaycana nə vaxt gələcəyi açıqlanıb

14 Avqust 2017 16:07

Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.   AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. Bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.

6 ayda 348 nəfər onlayn bilet xidmətindən istifadə edib

14 Avqust 2017 15:58

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin onlayn bilet xidmətindən cari ilin yanvar-iyul ayları ərzində 348 nəfər istifadə edib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə,  Alınan biletlərin 169-u ikitərəfli olub. Ümumiyyətlə, online bilet satışı sisteminin işə düşdüyü dövrdən indiyədək 456 bilet satılıb. Bu biletlərdən 244-ü ikitərəfli alınıb.

Azərbaycanda məzhəblər arasında vəhdət mövcuddur

14 Avqust 2017 15:53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzunun əhəmiyyətindən danışıb. Natiq İslamın sülh, əmin-amanlıq, birlik və bərabərlik dini olması, bu barədə məlumatlar müqəddəs dinimizin qayəsinin və mahiyyətinin məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırıb. R. Rəhimli eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsini İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Səyyar ASAN qatar Şabranda

14 Avqust 2017 15:50

Səyyar ASAN qatar 14 – 28 avqust tarixində Şabran rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, bundan başqa Səyyar ASAN xidmət avqustun 31-nə kimi Zaqatala rayonunda vətəndaşlara səyyar formada xidmətini davam etdirəcək.

Kiçik dövlət müəssisələri torpaq sahəsi ilə birgə özəlləşdiriləcək

14 Avqust 2017 15:46

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 139 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-i səhmdar cəmiyyəti, 35-i kiçik dövlət müəssisə və obyekti, 84-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Xaçmaz sakini göldə batıb

14 Avqust 2017 15:42

Xaçmazda bir nəfər göldə batıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Moruqoba kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.

Aydın Mirzəzadə: “Azərbaycanda Skaut hərəkatının böyük tarixi vardır”

14 Avqust 2017 15:40

“7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi, avqustun 14-18-də isə Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək. Bunun özü birdaha göstərir ki, Azərbaycan bu gün beynəlxalq yarışların mərkəzinə çevrilib. Bunun üçün ötən illər ərzində Azərbaycanda müvafiq infrastruktur yaranıb. Azərbaycanda mötəbər beynəlxalq tədbirlər və idman yarışları keçirilir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Raqif Abbasov: “Dünya skautlarının Bakıda toplanması böyük tarixi hadisədir”

14 Avqust 2017 15:32

“Dünya skautlarının Bakıda toplanması böyük tarixi hadisədir. Azərbaycanda keçirilən Dünya Skaut Gənclər Forumu və Dünya Skaut Konfransına rekord sayda ölkə və iştirakçı qatılıb. Bu isə o ölkələrin mətbuatlarının Azərbaycan haqda geniş materiallar hazırlayacağı deməkdir”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

"Lotu Yunus" xəstəxanaya aparıldı - VƏZİYYƏTİ AĞIRDIR

14 Avqust 2017 15:21

Bir neçə gün əvvəl Rusiyanın Ulyanovsk şəhərində polis tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru" Yunus Novruzovun səhhətində ciddi problemlər yaranıb. "Qanuni oğru"nun yaxınlarının verdiyi məlumata görə, Rusiyanın Ulyanovsk şəhərində müailicə olunuan ''Lotu Yunus''un vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşidirilib. Hazırda o, reanimasiyada ciddi nəzarət altındadır.

DİN həkim-ginekoloq axtarır

14 Avqust 2017 15:14

Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 10 həkim vəzifəsində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində 1 həkim-endokrinoloq, 1 həkim-laborant, 2 həkim-pulmanoloq, 1 həkim-ginekoloq, 1 həkim-terapevt, 1 həkim-uroloq, 1 həkim-otolorinqoloq, 1 həkim-psixonevroloq və 1 həkim-psixiatr, ümumilikdə vakant olan 10 vəzifə üzrə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Balaxanı-Binəqədi yolunun bir hissəsi 4 gün bağlı olacaq

14 Avqust 2017 15:12

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub.

5 sinif yoldaşının zorladığı qızdan dəhşətli açıqlamalar - Anasına “qızını öldür” deyiblər…

14 Avqust 2017 15:04

Bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı.