Kiçik dövlət müəssisələri torpaq sahəsi ilə birgə özəlləşdiriləcək
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 139 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-i səhmdar cəmiyyəti, 35-i kiçik dövlət müəssisə və obyekti, 84-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.
14 Avqust 2017 15:46 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 139 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-i səhmdar cəmiyyəti, 35-i kiçik dövlət müəssisə və obyekti, 84-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən "Olaylar"a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Astara, Zərdab, Beyləqan, Şirvan və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Şirvanda olan Yardımçı təsərrüfat, Şəkidəki İdman Sağlamlıq Mərkəzi kimi iri dövlət əmlakları var. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Şirvanda olan Yardımçı təsərrüfatdır. 157 min 500 manata təklif olunan müəssisənin torpaq sahəsi 150 min kv.m, ümumi faydalı sahəsi isə 200 kv.m-dir. Bundan başqa Bakıda yerləşən 20 saylı mağaza 135 min manata, paytaxtın Sabunçu rayonunda olan Respublika Baytarlıq Sanitar dezinfeksiya Dəstəsi 134 min manata hərraca çıxarılıb. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 69-u paytaxtda, qalanları isə regionlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub.