Azərbaycanda məzhəblər arasında vəhdət mövcuddur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzunun əhəmiyyətindən danışıb. Natiq İslamın sülh, əmin-amanlıq, birlik və bərabərlik dini olması, bu barədə məlumatlar müqəddəs dinimizin qayəsinin və mahiyyətinin məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırıb. R. Rəhimli eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsini İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən "İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində" layihəsi çərçivəsində "Məzhəblərarası vəhdət" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzunun əhəmiyyətindən danışıb. Natiq İslamın sülh, əmin-amanlıq, birlik və bərabərlik dini olması, bu barədə məlumatlar müqəddəs dinimizin qayəsinin və mahiyyətinin məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırıb. R. Rəhimli eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsini İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Anar Məcidzadə müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. A.Məcidzadə deyib ki, Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayıblar və ölkəmizdə heç zaman dinlərarası və məzhəblərarası münaqişə baş verməyib. Natiq onu da qeyd edib ki, Heydər məscidində qılınan vəhdət namazı dünyaya Azərbaycan təcrübəsindən yararlanmağın vacibliyini nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31