“Ədəbi-elmi portretlər” kitabı nəşr olundu

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhmədin “Ədəbi-elmi portretlər” kitabı çapdan çıxıb. “Olaylar” bildirir ki, kitabda müəllifin ustad şair Məhəmmədhüseyn Şəhriyar, Hüseyn Cavid, Əliağa Vahid, Seyid Cəfər Pişəvəri, Hacı Mail və başqaları haqqında yazdığı portret–oçerkləri toplanıb. İlk oçerk AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli haqqındadır. Oçerkdə akademik İ.Həbibbəylinin çağdaş ədəbiyyatşünaslıqdakı mövqeyi ilə yanaşı, ictimai xadim kimi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində fəaliyyətindən danışılır, bir rəhbər kimi dəyərləri, insani xüsusiyyətləri vurğulanır.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhmədin "Ədəbi-elmi portretlər" kitabı çapdan çıxıb. "Olaylar" bildirir ki, kitabda müəllifin ustad şair Məhəmmədhüseyn Şəhriyar, Hüseyn Cavid, Əliağa Vahid, Seyid Cəfər Pişəvəri, Hacı Mail və başqaları haqqında yazdığı portret-oçerkləri toplanıb.
İlk oçerk AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli haqqındadır. Oçerkdə akademik İ.Həbibbəylinin çağdaş ədəbiyyatşünaslıqdakı mövqeyi ilə yanaşı, ictimai xadim kimi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində fəaliyyətindən danışılır, bir rəhbər kimi dəyərləri, insani xüsusiyyətləri vurğulanır.
Bu yaxınlarda Məhəmmədhüseyn Şəhriyarın farsca şeirlərinin poetik tərcüməsini Azərbaycan oxucusuna təqdim edən V.Əhməd ustad şairin əsrarəngiz yaradıcılığının əsasında onun sadəliyinin durduğunu vurğulayır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31