Sosial
Şərəfli ölüm arzulayan Milli Qəhrəman
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği” layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun ailəsini ziyarət edib.
Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrilir
Azərbaycanda bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də həyata keçirilən uğurlu siyasət ölkəmizin regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə təkan verən amillərdəndir. Xüsusilə, son 14 il ərzində bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. Ümummilli lider Heydər Əliyevin zamanında həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun günümüzdə uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda dünya ölkələri Azərbaycanla əməkdaşlığa, ikitərəfli münasibətlərə xüsusi önəm verir. Müntəzəm olaraq müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi və dövlət səfərlərinə dəvət edilməsi də məhz Bakıya olan marağın göstəricisidir.
Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi
Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib. Son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Rəqs edən insanlar niyə QOCALMIR? - BEYİN ÜZƏRİNDƏ MÜDHİŞ TƏSİRİ
Rəqs edən insanların beyni daha yaxşı işləyir və sağlam olur. Rəqsin beyinə təsiri haqqında yeni faktlar ortaya çıxıb. Məlum olub ki, rəqs sadəcə əyləncə növü deyil. Rəqs həm bədənə, həm də beyinə müsbət təsir göstərir. Yeni tədqiqatlar göstərib ki, rəqslə nevroloji sağlamlıq arasında əlaqə var.
Yardımlını şoka salan hadisə - İnsan cadudan ölə bilərmi?
Xəbər verdiyimiz kimi, Yardımlıda evindən cadu tapan qadın 8 gün sonra yatağa düşüb, 3 ay sonra isə dünyasını dəyişib. Ailə qadının cadudan öldüyünü iddia edir.
Dünya Skautlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı üçün Bakıya toplaşır
40 milyon skautu təmsil edən Milli Skaut Təşkilatlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı çərçivəsində avqustun 14-də Bakıda toplaşır. Bakı Konqres mərkəzində baş tutacaq və avqustun 18-dək davam edəcək tədbir Ümumdünya Skaut Hərəkatı Təşkilatları Assosasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
Azərbaycanda 6 saat internet olmayacaq
"Aztelekom” MMC "aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.
Leysan, dolu yağacaq: çaylarda sululuq da artacaq
Sabah Azərbaycan rayonlarında leysan olacağı, dolu düşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Azərbaycanlı qadınlardan erməni ordusuna böyük dəstək - FOTOLAR
Bir müddət öncə Bakıda ermənilərin istehsal etdiyi kosmetika məhsullarının satıldığı barədə məlumat vermişdik.Söhbət “KKW Beauty” və “Kylie Cosmetics” kosmetika markasının məhsullarından gedir.
Ərəb turist azərbaycanlı qızı otel otağına dəvət edir - Yad qonağa sillə kimi cavab - VİDEO
Azərbaycanda ərəblərə qarşı tərbiyəvi sosial çarx çəkildi. Azərbaycanda ərəblərin qeyri-etik hərəkətlərinin əleyhinə olaraq sosial çarx çəkilib. Çarxda ərəbin azərbaycanlı qızı otel otağına təklifi əks olunur. Amma qızın etdiyi hərəkət yad qonağa sillə kimi cavab olur. Model Gülnar İsayevanın oynadığı çarx izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sağlam təhsil siniflərinin sayı artırılıb
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, layihə 2017-2018-ci tədris ilində paytaxtdakı 29 tam orta məktəbin 40 sinfini əhatə edəcək. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Layihə 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyindəki 27 tam orta məktəbdə 36 sinifdə icra edilib.
Tullantıları yandıran şəxs CƏRİMƏLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Sumqayıt şəhərinin bir qrup sakini tərəfindən Sumqayıt şəhər məişət tullantısı poliqonunda tullantıların yandırılması ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.
"Gənclərin Simulyasiya Akademiyası” başladı
"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsi başlayıb.
Kürdə batmış şəxsin cəsədi tapılıb
Avqustun 13-də Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Olaylar” a verilən məlumata görə, cəsəd nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Əməliyyat saat 08:10-da başa çatıb.
Özünü 10-cu mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə dünən saat 12 radələrində Nizami rayon, Elşən Süleymanov küçəsi, bina 149, mənzil 154-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həzrət Əsəddulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb.












.jpg)

