"Gənclərin Simulyasiya Akademiyası” başladı
"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsi başlayıb.
14 Avqust 2017 12:50 Sosial"İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası" layihəsi başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, "İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası" layihəsinin əsas məqsədi - ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da bura daxildir. Layihə müddətində "Biznes plan və sahibkarlıq", "İnnovasiya", "Komanda quruculuğu və motivasiya" və "Dövlət strukturlarında qərar qəbulu" kimi mövzularda təlimlər peşəkar təlimçilər tərəfindən həyata keçiriləcək. Layihənin 1-ci günü təlimçi MirƏziz Əzizli tərəfindən "Biznes plan və sahibkarlıq" mövzusunda təlim keçirilib. İştirakçılar təlim mövzusu haqqında ətraflı məlumat əldə etdikdən sonra praktiki sessiyada komanda şəklində müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər.