Sosial
Xəzərin yekun statusu nə vaxt həllini tapacaq?
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun məhsuldar Bakı səfəri zamanı ikitərəfli münasibətlərin bütün spektri, həmçinin uzun illərdir ki, yekun statusu barədə yekun rəyin əldə olunmadığı Xəzər dənizi ilə bağlı danışıqlar aparılıb.
Müştərilər Azercell-i tövsiyyə edir
İnnovativ yenilikləri Azərbaycanın telko bazarında hər zaman birinci tətbiq edən Azercell Telekom MMC daha bir uğuru ilə seçilib. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksinin (NPS) qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq, 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan Azercell, 2017-ci ilin II rübü üçün yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub saxlamaqdadır.
Əlilliyi olan şəxslər istirahət mərkəzinə göndərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, daha 50 nəfər əlilliyi olan şəxs Quba rayonundakı istirahət mərkəzinə göndərilib.
Nabranda yol hərəkəti qaydalarını pozan 58 sürücü cəzalandırılıb
Xaçmaz rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində reyd keçiriblər. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 58 sürücü barəsində protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.
Nazir qızına toy etdi - müavini ilə quda oldu
Avqustun 11-də vergilər naziri Fazil Məmmədovun qızının toyu olub. Nazirin qızı Selcanxatun Əbdül adlı şəxslə ailə həyatı qurub. Toy mərasimi "Böyük saray" şadlıq evində baş tutub. Məclisin idarəçiliyini xalq artisti Brilliant Dadaşova edib. Qeyd edək ki, Fazil Məmmədov qızını müavini Namiq Əliyevin oğluna verib.
Bakıda 334 mindən artıq insan təcili yardım çağırıb
2017-ci ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq ümumi müraciət daxil olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu çağırışlardan 190 müraciət daimi yaşayış yeri məlum olmayan şəxslərlə bağlı olub.
Binəqədidə Beynəlxalq Gənclər Günü qeyd edilib
Binəqədi rayon Gənclər Evində 12 Avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva və digər şəxslər iştirak ediblər.
Tələbə adını qazananların siyahısı çap olundu
Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 7-ci nömrəsini nəşr edib. DİM-dən verilən xəbərə görə, "Abituriyent" jurnalının 7-ci nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi - I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunub.
Azərbaycan qadınına nifrət edən yazıçı Günel Natiq yazır
Tam Günəş tutulması baş verəcək - Vaxt AÇIQLANDI
Avqustun 21-də dünyada tam Günəş tutulması baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.
2920 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Hüseyn Əhmədov tərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub. Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib.














