Nabranda yol hərəkəti qaydalarını pozan 58 sürücü cəzalandırılıb
Xaçmaz rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində reyd keçiriblər. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 58 sürücü barəsində protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.
14 Avqust 2017 12:07 SosialXaçmaz rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində reyd keçiriblər. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 58 sürücü barəsində protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb. Avtomobili sərxoş vəziyyətdə idarə edən 3, əlavə avadanlıq quraşdıran 2, ötmə qaydalarını pozan 10 sürücü saxlanılıb. Bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31