Binəqədidə Beynəlxalq Gənclər Günü qeyd edilib

Binəqədi rayon Gənclər Evində 12 Avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirilib.  “OLAYLAR”-a  daxil olan məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva və digər şəxslər iştirak ediblər.

Binəqədi rayon Gənclər Evində 12 Avqust "Beynəlxalq Gənclər Günü" münasibətilə tədbir keçirilib.  "OLAYLAR"-a  daxil olan məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır.  Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir.  Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Məlumat üçün bildirək ki, tədbir Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri Hüseyağa Muradov, Tofiq Mövsümov və Nərgiz Sadıqovanın layihəsi əsasında həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31