Sosial

"Murov qartalı"nın arzusu reallaşdı

13 Avqust 2017 15:11

2016-cı ilin “Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucovun böyük oğlu Aqşin Orucov tələbə adını qazanıb. Belə ki, o, Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Şəhidin həyat yoldaşı Sevinc Alızadə  təəssüratlarını bölüşüb.

Alxanlıda iki yaşlı Zəhra ilə nənəsinin 40 mərasimi keçirilir

13 Avqust 2017 15:09

Ermənilərin Füzulinin Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın bu gün qırx mərasimi keçirilir. Alxanlı kəndinin icra nümayəndəsi İlham İsrafilov bildirib ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər. “Hazırda qırx mərasimi keçirilir. Səhər saatlarında Zəhranın və nənəsinin məzarını ziyarət etdik. İcra başçısı məzuniyyətdə olduğundan yas mərasimində iştirak edə bilməyib. Digər rəhbər şəxslər mərasimə qatılıblar. Bakıdan və digər bölgələrdən Alxanlıya çoxlu sayda insan gəlib”.

“Azərbaycanda “qurd yağı” biznesi var, insanı 6 aya öldürür” 

12 Avqust 2017 19:53

Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cinin, cadunun, tilsimin olduğunu israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülürlər. İnsanların bu marağını nəzərə alıb, suallarımızı Azərbaycandan kənarda yaşayıb, fəaliyyət göstərən ekstrasens, parapsixoloq, metafizik Zərinə Ulduza ünvanlayıb. O iddia edir ki, bioenerji, gizli elm və neqativ enerjilərlə işləyə, onları yönləndirə, zərərsizləşdirə bilir. – İlk sualımız belə olsun: Cadu varmı?

Ağlamaq vücudu da rahatlaşdırır

11 Avqust 2017 19:37

Bəzən kədərdən bəzən isə sevincdən gözlərimiz yaşla dolar. Cəmiyyətdə ağlamağı bir zəiflik əlaməti kimi düşünənlər olsa da mütəxəsislər ağlamağın ən azı sevinmək və ya gülmək qədər normal bir proses olduğunu və insan orqanizmi üçün bəzi faydasının mövcudluğunu vurğulamışlar.

Ən çox maraq hansı peşələrədir?

11 Avqust 2017 19:17

İlk peşə-ixtisas təhsili müəssisələrinə ən çox maraq azpaz ixisasınadır. Bu ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi var.

Bunlar uşağınızı HOMOSEKSUAL EDİR: əgər belə etsəniz... - VİDEO

11 Avqust 2017 19:12

Homoseksuallar arasında sevgi münasibətləri, hətta evlilik xəbərlərini tez-tez oxuyuruq. Bu, bəzi ölkələr üçün adiləşsə də, bir çoxlarında qəbulolunmazdır. Şübhəsiz ki, bu halların adiləşməsində onun təbliğatının rolu böyükdür. Bir neçə gün öncə isə sosial mediada yayılan cizgi filmində (“İn a heartbeat”) isə homoseksual məktəblinin həmyaşıdına olan sevgisi təsvir edilir. Bu, məktəblilər arasında homoseksuallığın təbliğ edildiyi ilk cizgi filmdir. Artıq bu cizgi filmlə bağlı yutubda roliklər yayımlanıb. Həmin roliklərdə bu cizgi film müxtəlif yaş qruplarında olan insanlara göstərilir. Onlar filmin şüurlatı təsirindən daha çox, emosional tərəflərinə diqqət edir. Cizgi filmdəki homoseksualların münasibətinə haqq qazandırırlar.

Ən çox istifadə edilən parol açıqlandı

11 Avqust 2017 19:00

Təhlükəsizlik şirkəti olan Keeper il ərzində fərqli mənbələrdən 10 milyon parolu analiz edərək ən çox istifadə edilən parolları sıralayıb. Siyahıdakı ilk 10 paroldan 4-ü, ilk 15-i isə 6-ı 6 xarakterdən ibarədir. Əgər siz də bu parollardan birini istifadə edirsinizsə dəyişməyiniz məsləhətdir.

Hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib

11 Avqust 2017 18:55

Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir  keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini polkovnik-leytenant Əli Qasımov ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerant ənənələrin milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini qeyd edib. Əli Qasımov, eyni zamanda, “Fitnə” sənədli filminin demək olar ki, bütün hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Sağlam və qüsursuz uşaq dünyaya gətirmək İSTƏYİRSİZSƏ, BUNLARI EDİN!

11 Avqust 2017 18:53

Sağlam, qüsursuz uşaq dünyaya gətirmək üçün qadınlar hamiləlik müddətində B3 vitamini qəbul etməlidirlər. Bununla bağlı Avstraliyalı alimlər 12 il araşdırma aparıb. Alimlərin sözlərinə görə, bu vitamin hamiləliyin erkən sonlanması faizini də azalda bilər. Viktor Çang Kardiak Araşdırma İnstititutundan genetik alim Salli Dunvudie bu araşdırma üçün ilk olaraq hamiləlikdə düşük və qüsurlu uşaqların dünyaya gəlməsi halları arasında oxşarlığı axtardıqlarını deyib.