Sosial

“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunur

11 Avqust 2017 18:50

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  Nəqliyyat  Donanmasına  məxsus “Nəriman Nərimanov” tankeri  “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmidə olan  bütün  maşın  və  mexanizmlər,  baş  və  köməkçi  mühərriklər, boru sistemləri, eləcə də  nasoslar,  separatorlar, soyuducular, kompressorlar  sökülərək əsaslı təmir olunur.

Məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

11 Avqust 2017 18:30

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 7997 ərizənin onlayn qeydiyyatı (11.08.2017-ci il tarixinə saat 18:00-a olan məlumata əsasən) aparılıb.

Tovuzda çoban döyülüb

11 Avqust 2017 18:08

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. Hadisə Kür çayının yaxınlığında qeydə alınıb. Orada qoyun otaran Əlimərdanlı kənd sakini 1976-cı il təvəllüdlü Pərviz Qasımov başqa bir şəxslə mübahisə zəminində döyülüb. Müxtəlif bədən xəsarətləri alan çoban xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. aktla bağlı araşdırma aparılır.

Paytaxt sakinləri pullu yoxsa, pulsuz çimərliklərə gedir? - SORĞU

11 Avqust 2017 18:04

Abşeron yayının yaraşığı, ilin yerdə qalan fəsillərində səbirsizliklə gözlədiyimiz bir şey də var ki, bu da çimərlik mövsümüdür. Cəmi bir neçə ay davam edən mövsümü hər kəs dəyərləndirməyə çalışır. Kimsə dənizdə çimmək, kimsə sərinləmək, kimsə isə qaralmaq üçün üz tutur Xəzərin sahilinə.

Azərbaycanlı tələbələrin Macarıstanda maliyyələşməsi problemi həll olundu

11 Avqust 2017 17:49

Macarıstan ali məktəblərində 2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. Təhsil Nazirliyindən  verilən məlumata görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı" çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 200 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Kərə yağı bahadırmı? - Ekspert rəyi

11 Avqust 2017 17:25

Son günlər kərə yağının qiymətində bahalaşma müşahidə olunur. İyun ayında Avropada kərə yağı 14%, 2017-ci ilin əvvəlindən isə 100% bahalaşıb. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva  açıqlamasında bildirib ki, dünya bazarında kərə yağının qiymətində artım müşahidə edilir.

Çaylarda vəziyyət açıqlanıb

11 Avqust 2017 17:05

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 11-də Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub.

Telekanallarda ədəbi dilin qaydaları ilə bağlı monitorinqin nəticələri açıqlanacaq

11 Avqust 2017 17:04

Bu ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri gələn həftə açıqlanacaq. Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, bununla bağlı avqustun 15-i saat 15.00-da Şuranın inzibati binasında konfrans keçiriləcək. Konfransda monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanacaq.   Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri, dilçi alimləri, teleradio yayımçılarının nümayəndələrinin konfransda iştirakı nəzərdə tutulur.  

Ekspert: Tütünçülüyün sığorta mexanizmlərinin yaradılması xüsusi yanaşma tələb etmir

11 Avqust 2017 16:57

Tütünçülük kənd təsərrüfatının sahələrindən biridir, ona görə də bu sahədə sığorta şərtləri və müqavilələr digər kənd təsərrüfatı sahələrinin sığorta müqavilələrindən kəskin fərqlənməyəcək.

Ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələri bu gün elan olunacaq

11 Avqust 2017 16:50

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib. DİM-dən verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Nazirlikdən vergi ödəyicilərinə xəbərdarlıq

11 Avqust 2017 16:38

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır.

KİV əməkdaşları: Jurnalist ailələrinə bəxş etdiyiniz sevinc xeyirxahlığın, humanistliyin ali məqamıdır

11 Avqust 2017 16:11

Jurnalistlər üçün tikilən ikinci yaşayış binası Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlətimizin başçısının bu nəcib təşəbbüsü sayəsində daha 255 media işçisi mənzil sahibi olub. Həmin gün üçüncü binanın da təməli qoyulub.

Batmaq təhlükəsilə üzləşən əcnəbi xilas edildi

11 Avqust 2017 15:55

Xəzər dənizində batmaq təhlükəsilə üzləşən əcnəbi xilzas edilib. Gövqəladə Hallar Nazirliyindən “Olaylar”a veriln məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:00-da başa çatmışdır.

Bakcell Ulduzum abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim

11 Avqust 2017 15:37

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Qatar Airways şirkəti ilə əldə etdiyi razılığa əsasən Bakcell Ulduzum istifadəçilərinə aviaşirkət tərəfindən xüsusi endirim təklif olunacaq.

Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhərində seminar-müşavirə keçirib

11 Avqust 2017 15:28

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərini respublikamızın bölgələrində də davam etdirir. Bu məqsədlə Fond tərəfindən Gəncə şəhərində seminar-müşavirə keçirilib.