“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunur
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat Donanmasına məxsus “Nəriman Nərimanov” tankeri “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək əsaslı təmir olunur.
11 Avqust 2017 18:50 SosialAzərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat Donanmasına məxsus "Nəriman Nərimanov" tankeri "Bibiheybət" Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək əsaslı təmir olunur. Üzən vasitənin elektrik avadanlıqları və idarəetmə sistemləri yoxlanılıb və hazırda təmir işləri davam etdirilir. Tankerin gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalların keyfiyətini müəyyənləşdirmək üçün qüsur baxışı keçirilmiş və gövdə-qaynaq işlərinin təxminən 80%-i yerinə yetirilmişdir. Sualtı hissəsinə, sükan və köməkçi qurğularına, kinqston qutularına, lövbər zəncirlərinə ətraflı baxış keçirilməsi məqsədilə tanker 6000 min ton yük qaldırma qabiliyyəti olan tərsanəyə qaldırılmışdır.
Qeyd edək ki, tərsanədə təmir işləri başa çatdırıldıqdan sonra gəminin sualtı və suüstü hissələri rənglənəcəkdir. Tərsanədə görüləsi işlər 15 gün ərzində başa çatdırılacaq və sonradan təmir işləri zavodda davam etdiriləcək.