Sosial
Azərbaycan mədəniyyəti Latviyada təbliğ olunacaq - Səfir Bilik Fondunda
Latviya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Juris Maklakovs Bilik Fondunun qonağı olub. Fonddan “Olaylar” – a bildirilib ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Latviya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini xatırladan O.Səmədov ötən ay Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşünün keçirildiyini xatırladıb.
Danimarkalı siyasətçi: "23 avqustda “Qarabağ”a dəstək üçün stadionda olacağıq"
Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyin Arac 23 avqustda baş tutacaq "Kopengahen" və "Qarabağ" oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.
Ərlə arvad evlərində yandı
Saatlı rayonunun Dədəqorqud kəndində evlərdən birində yanğın hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, avqustun 10-da saat 11 radələrində də baş verən yanğın kənd sakini Məhəbbət Məmmədovun evində baş verib. Nəticədə evin 20 kvm. sahəsində mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri alan ev sahibi və arvadı xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Batmaq təhlükəsi ilə üzləşən 5 gənc xilas edilib
Mingəçevir şəhərindəki su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib. Məlumata görə, Mingəçevir şəhər sakinləri, 2000-ci il təvəllüdlü gənclər – Heydərov Elgün İlqar oğlu, Əliyev Elgün Veysəl oğlu, Məmmədli Rüstəm Nazim oğlu, Rüstəmov Rəhman Azər oğlu və 1999-cu il təvəllüdlü Əliyev Niyazi Asim oğlu Mingəçevir su anbarının sahilindəki çimərlikdən kirayə götürdükləri qayıqla gəzintiyə çıxıblar.
Azad vətəndaş cəmiyyəti siyasi plüralizm elementidir
Ölkədə siyasi plüralizmin mövcudluğunu təsdiq edən amillərdən biri də azad, dövlətdən asılı olmayan ictimai təşkilatların olmasıdır. Vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır.
Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.
Vəhşi quş təbiətə buraxıldı – Sahibi cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
“Azərsu”dan daha bir elektron xidmət növü
“Azərsu” ASC-nin daha bir elektron xidməti istifadəyə verilib. “OLAYLAR”-ın qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına Səhmdar Cəmiyyəti “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər. Xidmətdən istifadə etmək üçün portala autentifikasiya vasitələrindən biri ilə daxil olmaq və əsas səhifədə “Bütün xidmətlər” bölməsini seçmək lazımdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu - 2017" keçiriləcək
Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu - 2017" keçiriləcək. Azərbaycanın qədim tarixə sahib Gəncə "İradənlə tarix yaz", "Marafonda bizimlə ol" şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.
“Səadan” yatağında yeni quyular istismara verilib
“Səadan” yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul vermişdir. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Gürcüstan və Ermənistan Kürü çirkləndirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 20.6 m3/san azalaraq 49 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Pensiyaçının pulu bankdan yoxa çıxıb
“Olaylar” Ölkədə fəaliyyət göstərən bankların, onların ayrı-ayrı filiallarının müxtəlif üsullarla vətəndaşları aldatmaları barədə kifayət qədər məlumat yayımlanıb. Artıq bəzi banklarlar öz müştəriləri olan vətəndaşların, eləcə də pensiyaçıların hesabdakı vəsaitlərinə xəyanət yolunu tutublar.
Amerikalı tələbələr Türk dilini uğurla öyrəndilər
Avqustun 11-də Azərbaycan Dillər Universitetində universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K.Abdulla onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib.
“Başı bağlı dar geyim tərzi hicab deyil” – Seyiddən sərt AÇIQLAMA
Ən çox müzakirə predmetinə çevrilən məsələ həm də hicablı qadınların geyim tərzinin necə olmasıdır. Axı müsəlman qadın necə hicab geyinməlidir ki, tənqidə yer qalmasın?!
İsmayıllı-Qəbələ avtomobil yolunda reyd keçirilib
İsmayıllı-Qəbələ avtomobil yolunda reyd keçirilib. Məlumata görə, Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun müxtəlif hissələrində 2 saata yaxın davam edən reyd zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər müəyyən edilib.














