Pensiyaçının pulu bankdan yoxa çıxıb

“Olaylar” Ölkədə fəaliyyət göstərən bankların, onların ayrı-ayrı filiallarının müxtəlif üsullarla vətəndaşları aldatmaları barədə kifayət qədər məlumat yayımlanıb. Artıq bəzi banklarlar öz müştəriləri olan vətəndaşların, eləcə də pensiyaçıların  hesabdakı vəsaitlərinə xəyanət yolunu tutublar.

"Olaylar" Ölkədə fəaliyyət göstərən bankların, onların ayrı-ayrı filiallarının müxtəlif üsullarla vətəndaşları aldatmaları barədə kifayət qədər məlumat yayımlanıb. Artıq bəzi banklarlar öz müştəriləri olan vətəndaşların, eləcə də pensiyaçıların  hesabdakı vəsaitlərinə xəyanət yolunu tutublar.  "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyub Hüseynov bildirib ki, bu barədə Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 2/11 ünvanda  yaşayan təqaüdçü Qasımov Nüsrət İdris oğlu İctimai Birliyi ərizə ilə  müraciət edib.  Ərizədə bildirilir ki, təqaüdçüdən xəbərsiz Beynəlxalq Bank ona məxsus  təqaüddən 40 AZN saxlayaraq naməlum mobil operator nömrələrinə köçürüb: "Mən 2004-ci ildən bəri əmək təqaüdçüsüyəm. Birmənalı şəkildə maddi ehtiyaclarımı qarşılamaq üçün hər ay balansa köçürülən məbləği yalnız bankomatdan nağd yolla çəkməklə əldə etmişəm. Nə online alış-veriş istifadəçisiyəm, nə də kommunal xərclərimi, telefon balansımı internet üzərindən ödəyirəm. Pensiya kartım həmişə özümdə olur, hətta ailə üzvlərim belə müdaxilə etmir. İki mobil nömrə istifadəçəsi olaraq Azərcell və Bakcell operatorlarına məxsus konturları hər zaman mağazaya nağd ödəməklə və ya Milli önlə əldə etmişəm.Ümumiyyətlə pensiya kartı ilə telefon balansını artırma əməliyyatından anlayışım yoxdur. 08 Avqust 2017 tarixdə pensiyamı alarkən 40 AZN pulun əskik olduğunu gördüm. Əvvəllər Binəqədi rayonunda qeydiyyatda olduğum üçün Binəqədi rayon pensiya fonduna zəng etdim. Mənə dedilər ki, biz lazımi məbləği tam şəkildə 366 Azn olaraq hesaba köçürmüşük, Beynəlxalq Banka müraciət edin! Ayna Sultanovada yerləşən Beynəlxalq Banka yollandım. Mənə bildirdilər ki, məlumatımız yoxdur. Mənə kartımda olan əməliyyatları əks etdirən çıxarış təqdim etdilər. Məlum oldu ki, 40 Azn "işbazlar" tərəfindən pensiya kartımdan götürülərək 2 dəfə 10 AZN olmaqla Azercell və 2 dəfə 10 Azn olmaqla Bakcell mobil operatorlarına köçürülüb.Toplam 40 AZN mənə məxsus nömrələrə köçürülməyib, yəni naməlum nömrələrə köçürülüb. Belə görünür ki, ölkədə istənilən təqaüdçünü xəbəri olmadan soymaq əməliyyatı bankda həyata keçirilir. Bu nömrələri istəsəm də, bank mənə təqdim etmədi. Mənə polisə şikayət etməyimi məsləhət gördülər. Mən belə qənaətə gəldim ki, Binəqədi rayon Beynəlxalq Bank filialı bu dələduzlarla əlbirdir. Axı bir bank öz hesabındakı məbləğə qarşı bu qədər məsuliyyətsiz ola bilməz. Bu o deməkdir ki, maliyya bazarlarına nəzarət yox dərəcəsindədir. Beynəlxaq Bank mənim pensiya kartımın təhlükəsizliyini təmin etməliydi.Tələb edirəm ki, təcili olaraq oğurlanmış 40 AZN mənim pensiya kartıma köçürülsün. Sizdən xahiş edirəm ki baş vermiş bu özbaşınalığı ictimailəşdirib ,müvafiq dövlət orqanlarına,KİV-ə məlumat verəsiniz ,bu işi görmüş bank əməkdaşları cəzalandırılsın". Qeyd edək ki, ərizə eyni zamanda, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Daxili İşlər Nazirliyi və Beynəlxalq Bankın sədrinə ünvanlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31