“Səadan” yatağında yeni quyular istismara verilib
“Səadan” yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul vermişdir. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
11 Avqust 2017 14:03 Sosial"Səadan" yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul vermişdir. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Quyularda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.