Amerikalı tələbələr Türk dilini uğurla öyrəndilər

Avqustun 11-də Azərbaycan Dillər Universitetində  universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K.Abdulla onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib.

Avqustun 11-də Azərbaycan Dillər Universitetində  universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan "CLS Turkish" proqramının bağlanış mərasimi keçirilib.

Universitetdən "Olaylar" - a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K.Abdulla onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib. Türk dilini öyrənməyin tələbələr üçün böyük türk mədəniyyətinə daxil olmaq, eyni zamanda dünyamızın bütövlüyünü bir daha hiss etməkdə kifayət qədər ciddi zəmin olduğuna ümid etdiyini qeyd edən K.Abdulla onların burada keçirdikləri günlərin ABŞ-Türkiyə münasibətlərinə, o cümlədən ABŞ-ın digər dövlətlərlə əlaqələrinə isti komponent əlavə etdiyinə inandığını bildirib.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev proqram çərçivəsində amerikalı tələbələrin türk dilini öyrənməklə yanaşı, ölkənin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazandıqlarını deyib.

ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Heidi Smit amerikalı tələbələrin türk dilini öyrənməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Bu proqramın önəmli olduğunu bildirən H.Smit ünsiyyət qurmaq, özünü ifadə etmək, digər mədəniyyətləri araşdırmaq üçün dilin mühüm faktor olduğunu deyib.

Proqramın uğurla başa çatdığını deyən Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip və amerikalı tələbələrlə iş üzrə rezident direktor Ketrin Bobbitt işin icrasında yardımçı olan şəxslərə öz təşəkkürlərini ifadə ediblər və proqram iştirakçılarına uğurlar arzulayıblar.

Türk dilini öyrənən amerikalı tələbələrin ifasında türk dilində şeirlər, səhnəciklər, mahnılar, hekayələr və rəqslər izlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31