Ekspert: Tütünçülüyün sığorta mexanizmlərinin yaradılması xüsusi yanaşma tələb etmir
Tütünçülük kənd təsərrüfatının sahələrindən biridir, ona görə də bu sahədə sığorta şərtləri və müqavilələr digər kənd təsərrüfatı sahələrinin sığorta müqavilələrindən kəskin fərqlənməyəcək.
11 Avqust 2017 16:57 SosialTütünçülük kənd təsərrüfatının sahələrindən biridir, ona görə də bu sahədə sığorta şərtləri və müqavilələr digər kənd təsərrüfatı sahələrinin sığorta müqavilələrindən kəskin fərqlənməyəcək.Bunu sahəsində ekspert Xəyal Məmmədxanlı deyib.
Onun sözlərinə görə, tütünlə bağlı kənd təsərrüfatı sığortası mexanizmlərinin tətbiq edilməsi mümkündür: "Sığorta üçün tütün əlavə yanaşma tələb etmir - məhsuldarlıq hesablanır, risklər müəyyən edilir və sığörta müqaviləsi imzalanır. Bu çox sadə mexanizmdir və xüsusi yanaşma tələb etmir".
Ekspert onu da qeyd edib ki, kənd təsərrüfatı sığortasının əsas problemi fermerlərin bu barədə məlumatsızlığıdır: "Kənd təsərrüfatı sığortası fermerlər qarşısında müəyyən şərtlər qoyur və onların yerinə yetirilməməsi şirkət tərəfindən sığorta ödəmələrinin həyata keçirilməməsinə səbəb ola bilər". Trend.az