Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi
Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib. Son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.
14 Avqust 2017 14:31 SosialÇinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib. Son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb. Təxminən minə yaxın yaşayış evinə, 27 min hektardan çox əkin yeri ziyan dəyib. Güclü yağışlar çaylarda suyun səviyyəsinin 7 metrə qədər qalxmasına səbəb olub, onlarla ev su altında qalıb. Meteoroloqların proqnozlarına görə, belə yağışlar vilayətdə hələ avqustun 15-ə qədər davam edəcək. Trend.az