Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrilir

Azərbaycanda bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də həyata keçirilən uğurlu siyasət ölkəmizin regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə təkan verən amillərdəndir. Xüsusilə, son 14 il ərzində bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. Ümummilli lider Heydər Əliyevin zamanında həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun günümüzdə uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda dünya ölkələri Azərbaycanla əməkdaşlığa, ikitərəfli münasibətlərə xüsusi önəm verir. Müntəzəm olaraq müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi və dövlət səfərlərinə dəvət edilməsi də məhz Bakıya olan marağın göstəricisidir. 

Bu ölkəmizin beynəlxalq aləmdə yeri və rolunu artırır

Azərbaycanda bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də həyata keçirilən uğurlu siyasət ölkəmizin regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə təkan verən amillərdəndir. Xüsusilə, son 14 il ərzində bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. Ümummilli lider Heydər Əliyevin zamanında həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun günümüzdə uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda dünya ölkələri Azərbaycanla əməkdaşlığa, ikitərəfli münasibətlərə xüsusi önəm verir. Müntəzəm olaraq müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi və dövlət səfərlərinə dəvət edilməsi də məhz Bakıya olan marağın göstəricisidir. 

Azərbaycana olan beynəlxalq diqqət, Bakı ilə əməkdaşlığa olan marağı şərtləndirən amillərdən biri ölkəmizin balanslaşdırılmış xarici siyasət kursu həyata keçirməsidirsə, digəri isə Azərbaycanın yerləşdiyi coğrafiyada önəmli rol oynamasıdır.  Həmçinin Azərbaycanın malik olduğu zəngin enerji resursları və Bakının birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrdir.  Xüsusilə, sonuncu məqam günümüzdə Azərbaycanı daha cəlbedici ölkəyə çevirib.  Artıq okeanın o tayından tutmuş yaxın və uzaq ölkələrə qədər hər kəs Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, malik olduğu nüfuzu qəbul edir, ona hörmətlə yanaşır. Elə bu ilin may ayında Birləşmiş Ştatların prezidenti Donald Trampın bir-birinin ardınca Azərbaycan dövlət başçısı İlham Əliyevə ünvanlamış olduğu məktublarda da bu münasibət aydın sezilirdi.  Sözügedən məktublarda Azərbaycanın regionda və dünyadakı rolunu müsbət dəyərləndirən Ağ Ev rəhbəri Vaşinqtonun Bakı ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu açıq şəkildə ifadə edirdi.  Yaxud Prezident İlham Əliyev Latviyaya səfəri bu ölkədən olan həmkarının Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, Bakını regionda strateji tərəfdaş kimi görməsi də ölkəmizin dünyada yeri və roluna olan qiymətin göstəricisi idi.

Qeyd etdiyimiz kimi Azərbaycana olan beynəlxalq marağın artmasına təsir göstərən amillərdən ən başlıcası ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir.  Xüsusilə bu sırada enerji layihələrini qeyd etmək yerinə düşər. Məlumdur ki, Krım problemindən dolayı Avropanın enerji resursları ilə təminatı məsələsində ciddi problemlər meydana gəlib. Ukrayna böhranına, bundan əvvəl isə yaranmış Tbilisi-Moskva gərginliyinə görə, Avropanın Rusiya qazı ilə təminatı məsələsində ciddi problemlər yaranıb və Rusiyaya qarşı sanksiyalar sərtləşdikcə Avropanın enerji resursları ilə təminatı məsələsi də ciddiləşir. Belə bir şəraitdə isə Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm faktor rolunu oynayır ki, bunu da təkcə qoca qitənin özündə deyil, eləcə də okeanın o tayında yaxşı dərk edirlər.  Və bu da beynəlxalq aləm təəfindən olan Azərbaycana olan  marağı, bizimlə əməkdaşlıq etmək istəklərini artırır.

Digər tərəfdən Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri də onu cəlbedici edir. Bu layihələr sırasında Bakı-Tbilisi-Qars dəmiryolu xətti,  "Şimal-Cənub" və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu xüsusi önəm kəsb edir. Sözügedən layihələr təkcə layihə iştirakçısı olan ölkələr deyil, eləcə də Asiya, Şərq ölkələrini də daha cəlbedici edir və regiona ölkələri bu baxımdan Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Məsələn uzaq Çin artıq öz məhsullarının Bakı-Tbilisi-Qars marşrutu üzrə Türkiyə və Gürcüstana daşınmasını daha rentabelli hesab etdiyindən sözügedən layihənin əsas təşəbbüskarı olan Bakı ilə münasibətləri bir qədər də inkişaf etdirməkdə maraqlı görünür. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Li Huilai də bu məqamı xüsusi vurğulayaraq bildirib ki, Asiya və Avropa arasındakı nəqliyyat qovşağında yerləşən Azərbaycanın "Bir kəmər-bir yol" layihəsi çərçivəsində əsas bağlayıcı rolu var. Ona görə də Pekin üçün Azərbaycan Avrasiya regionunda əsas tərəfdaşlardan biridir. 

Yaxud rəsmi Aşqabad malik olduğu enerji resurslarının Avropaya nəqlində Azərbaycanın iştiraçısı və təşəbbüskarı olduğu layihəklərə üstünlük verir ki, bu da bir neçə gün əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri zamanı açıq şəkildə ifadə edilidi.  Bakıda keçirdiyi rəsmi görüşlərdə Türkmənistan prezidenti açıq şəkildə bəyan etdi ki, Azərbaycan ölkəsinin mühüm və etibarlı tərəfdaşıdır. Çünki həm Bakı, həm də Aşqabad Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır. Hər iki ölkə enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur.

Göründüyü kimi, Azərbaycan hakimiyyəti, xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə, dünyada yeri və rolunu artırmaqla yanaşı, öz uğurlu nəticələrini, bəhrəsini də verir. Artıq dünya ölkələri Azərbaycanı Cənubi Qafqazda öz strateji tərəfdaşı kimi görür, ona inam və etimadla yanşır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31