Bakıda pulsuz "Wi-Fi"dan istifadə edən 500 mininci istifadəçi mükafatlandırıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500 000) ötüb.
14 Avqust 2017 16:22 SosialNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500 000) ötüb. Nazirlikdən verilən məlumata görə, pulsuz "Wi-Fi" xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub. Bu gün "Baktelecom" şanslı istifadəçini mükafatlandırıb.
Qeyd edək ki, ötən həftədən "Pulsuz Wi-Fi"ın sosial şəbəkədəki səhifəsində start verilən "500 000-ci ol, hədiyyəni apar" sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb. Məlumat üçün bildirək ki, "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib. Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz "Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək. Trend.az