Raqif Abbasov: “Dünya skautlarının Bakıda toplanması böyük tarixi hadisədir”
“Dünya skautlarının Bakıda toplanması böyük tarixi hadisədir. Azərbaycanda keçirilən Dünya Skaut Gənclər Forumu və Dünya Skaut Konfransına rekord sayda ölkə və iştirakçı qatılıb. Bu isə o ölkələrin mətbuatlarının Azərbaycan haqda geniş materiallar hazırlayacağı deməkdir”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
14 Avqust 2017 15:32 Sosial"Dünya skautlarının Bakıda toplanması böyük tarixi hadisədir. Azərbaycanda keçirilən Dünya Skaut Gənclər Forumu və Dünya Skaut Konfransına rekord sayda ölkə və iştirakçı qatılıb. Bu isə o ölkələrin mətbuatlarının Azərbaycan haqda geniş materiallar hazırlayacağı deməkdir". Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi bir daha Azərbaycanın dünyada beynəlxalq yarışlar, konfranslar, simpoziumlara və digər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi qəbul olunduğunu göstərir: "Dünyada baş verən savaş burulğanı, iqtisadi təlatümlər və siyasi gərginlik dövründə belə böyük tədbirlərin məhz burada keçirilməsi Azərbaycana inkişaf etmiş, təhlükəsiz ərazi, dünya siyasətində xüsusi əhəmiyyəti olan ölkə kimi yanaşıldığını sübut edir. Sözügedən tədbirlərin iştirakçılarının hərəsi öz ölkəsinin aparıcı gəncləri, simaları, beynəxlalq tədbirlərin təşkilat komitələrinin üzvləridir. Belə mötəbər beynəlxalq tədbirlərin Azərbaycanın təbliğatı, həqiqtələrin dünyaya çatdırılması baxımından olduqca böyük əhəmiyyəti var. Tarixə yazılacaq bu tədbirin paytaxt Bakı ilə yanaşı, Qəbələdə keçirilməsi, həm də ölkəmizin dünayda güclü iqtisadi dövlət olması, gəncliyə, skaut hərəkatına, beynəxlalq tədbirlərə xüsusi önəm verməsi ilə yadda qalacaq".