Sosial

Dini Komitə Qaxda regional konfrans keçirib

15 Avqust 2017 16:11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirib. “OLAYLAR”-ın xəbərinə görə, RİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Abbasov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”nin önəminə toxunub. O qeyd edib ki, İslam həmrəyliyi dedikdə Prezidentimizin bu ideyaya daxil etdiyi həssas və dərin mətləbləri nəzərə almalıyıq. İ.Abbasov bildirib ki, bu son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Natiq, eyni zamanda “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda həyata keçirilən konfrans, seminar, maarifləndirmə tədbirləri, eləcə də islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib.

Daha17 dövlət əmlakı özəlləşdirilib

15 Avqust 2017 16:08

Avqustun 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və bir qeyri-yaşayış sahəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir.

Sahibkarlara 4300-dən artıq lisenziya verilib

15 Avqust 2017 16:06

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı 9 milyon 80 mini ötüb

15 Avqust 2017 15:53

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə cari ilin iyul ayında ötən ilin müvafiq  dövrünə nisbətən 28,2 faiz (46,6 min müraciət) çox, yəni 212 020 dəfə müraciət edilib.

Teleradio məkanında ədəbi dil normaları ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

15 Avqust 2017 15:46

Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Nuşirəvan Məhərrəmli: Televiziyalardakı məişət xarakterli verilişlər dilimizə təsir edir

15 Avqust 2017 15:44

Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi.

Dövlət başçısının uğurlu daxili siyasəti

15 Avqust 2017 15:30

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır.

Abituriyentlərin təhsil haqqı problemi

15 Avqust 2017 15:29

Nəhayət, abituriyentlərin imtahan həyəcanı bitdi. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqladı. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric)  müsabiqəsində  42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Göldə batan şəxsin cəsədi tapılib

15 Avqust 2017 15:03

Avqustun14-də Xaçmaz rayonu, Moruqoba kəndi ərazisində suni göldə batmış 1952-ci il təvəllüdlü Kuçeryavıy Vyaçeslav Anatoliviçin cəsədi tapılıb.  “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdiği yerdən bu gün tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:47-də başa çatıb.

Azərbaycanda siyasi partiyaların fəaliyyəti siyasi plüralizmin göstəricisidir

15 Avqust 2017 14:51

Sirr deyil ki,  Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında siyasi partiyaların rolunun nə dərəcədə mühüm olduğunu nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardan hesab olunur. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir. Siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan.

Çingiz Hüseynzadə: Sevindirici haldır ki, keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu

15 Avqust 2017 14:41

"Sevindirici haldır ki, keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu". Bunu mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O qeyd edib ki, yüngül atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir: "Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı.

Keçən ay 2803 əcnəbi tərəfindən inzibati qanunvericlik pozulub

15 Avqust 2017 14:28

Cari ilin iyul ayı ərzində Bakı şəhəri və respublikanın digər  şəhər və rayonlarında aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2803 qərar qəbul edilib.

Üçəmlərin sayı 27-yə çatdı

15 Avqust 2017 14:23

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır.

Bu il 7 mindən çox nikah pozulub

15 Avqust 2017 14:22

2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 nəfər olub. 

İranla sərhəd keçmə prosedurlarının asanlaşdırılması məsələsi müzakirə edilib   

15 Avqust 2017 14:12

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İranın Turlar və Avtomobil Nəqliyyatı Təşkilatının prezidenti cənab Morteza Hacının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, İranın nümayəndə heyəti İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahimi və digər nümayəndələrdən ibarət olub. Görüş zamanı hər iki ölkədə turizm təqdimatlarının keçirilməsi, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakı və Təbriz arasında avtomobil yarışlarının təşkili, sərhəd keçmə prosedurlarının asanlaşdırılması, sağlamlıq turizmi sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilib.