Keçən ay 2803 əcnəbi tərəfindən inzibati qanunvericlik pozulub
Cari ilin iyul ayı ərzində Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2803 qərar qəbul edilib.
15 Avqust 2017 14:28 SosialCari ilin iyul ayı ərzində Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2803 qərar qəbul edilib. "OLAYLAR"-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, onlardan 264-ü ölkə ərazisində yaşamaları leqallaşdırılma, 1268-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma, 999-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, , 245-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən ölkə ərazisinə gəlişini məhdudlaşdırma, 27-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub. Hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 7449 müraciət daxil olub. Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 126217 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.