Sosial

Dəfnə çayı qarın piylərini əridir

16 Avqust 2017 09:26

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı. Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev bitki haqqında ətraflı məlumat verib: "Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Ölkəmizdə Xəzər dənizinin sahili ətraflarında ona rast gəlmək olar. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olsa da, sonradan qaralır. Yarpaq və meyvələri əziləndə spesifik xoş qoxu verir.

Şəhid mayor Elnur Əliyevə məktub – Həyat yoldaşından

16 Avqust 2017 09:00

Kinolarda, filmlərdə görmüşdüm doğum gününü qeyd etməkdən nifrət edən insanları. Amma heç vaxt anlam verə bilmirdim. İnsan da öz doğum gününə nifrət edərmi?

Yaddaş zəifliyi neçə yaşdan sonra başlayır?

15 Avqust 2017 20:03

Yaddaş düşündüyümüzdən daha əvvəl pisləşməyə başlayır. Belə ki, yaddaş zəifliyi heç də həmişə yaş dəyişiklikləri ilə bağlı olmur. Bu, 40, hətta 30 yaşında da başlaya bilər. Bunu 50 yaşdan yuxarı mindən çox insan arasında aparılan sorğunun nəticələri göstərib. Məlum olub ki, problemlər orta hesabla 57 yaşından, hətta daha əvvəl başlayır.

Xəbərdarlıq: Döyülmək uşaqlarda xərçəng və astma riskini artırır

15 Avqust 2017 19:55

Əgər uşağ döyülərsə, gələcəkdə onda xərçəng, ürək və astma xəstəliklərinin inkişaf edəcəyi istisna edilmir. Böyük Britaniyanın Plimut Universitetinin bir qrup alimi bu fikirdədir.

Ən smic və acgöz BÜRCLƏR

15 Avqust 2017 19:10

Migren xəstəliyin insanda hansı pozğunluqlar yarada bilər?

15 Avqust 2017 19:04

İngiltərədə bir qadın keçirdiyi ağır migren xəstəliyindən sonra fransız ləhcəsi ilə danışmağa başlayıb. "Gloucester Echo" qəzetinin məlumatına görə, tanımayanların fransız və ya şərqi avropalı hesab etdiyi 49 yaşlı Key Russel dünyada bu xəstəliyə yaxalanan 60 nəfərdən biridir.

Milli Məclisdə Koreya ilə iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlıq müzakirə olunub

15 Avqust 2017 18:43

Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb.

İngiltərəyə köçən aparıcı bütün dostlarını həyatından SİLDİ

15 Avqust 2017 18:40

Bu gün mətbuatda teleaparıcı Elnarə Təhməzovanın ölkədən getməsi ilə bağlı xəbər yayılıb. Azərbaycanlı iş adamı ilə ailə qurduğu iddia edilən aparıcının İngiltərəyə köçdüyü məlum olub. Şou sahəsindən uzaqlaşan E.Təhməzovanın gedişi ilə bağlı digər diqqət çəkən məqamlar da ortaya çıxıb. Belə ki, teleaparıcı şəxsi nömrəsini dəyişib. Feysbuk hesabından da bütün keçmiş dostlarını çıxaran Elnarə dostluğunda təkcə Aytən Səfərovanı saxlaması ilə diqqət çəkib.

Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

15 Avqust 2017 18:15

Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir. Qurumdan  verilən məlumata görə, nazirlik Azərbaycan Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Qurban bayramında əfv olacaq? - Komissiyadan rəsmi AÇIQLAMA

15 Avqust 2017 18:09

Ötən gün bəzi KİV-lərdə Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı xəbərlər yayılıb.  Məsələ ilə bağlı açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir. O xatırladıb ki, bu ilin mart ayının 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: "Bu əfv sərəncamının imzalanmasından qısa vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Bildirim ki, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir". 

Goranboyda taxıl sahəsi yanıb

15 Avqust 2017 17:26

Goranboyda taxıl sahəsində yanğın baş verib.  FHN-dən verilən məlumata görə, rayonun Aşağı Ağcakənd kəndində bələdiyyəyə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Xalqımız xoşbəxtdir, yoxsulluq səviyyəsi aşağıdır, ölkəmizi daha böyük uğurlar gözləyir"- Deputat Rövşən Rzayev

15 Avqust 2017 17:09

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Rövşən Rzayev bu il iyulun 29-da internet-xəbər saytlarından birində yerləşdirilmiş və "Facebook" sosial şəbəkəsində rezonans doğurmuş  “Deputat: “Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” başlıqlı yazı barədə  fikirlərini açıqlayıb.

Körpələrə bunları ƏSLA ETMƏYİN, yoxsa... - 10 vacib MƏQAM

15 Avqust 2017 17:02

Dünyaya yeni gəlmiş körpə möcüzəyə bənzəyir. Onu qucaqda saxlamaq isə olduca məsuliyyətli və zövqlüdür. Lakin unutmayaq ki, yol verdiyimiz bəzi yanlışlar gənc valideynlərin narahatlığına səbəb olur.

Nazirlik sədr müavinini cərimələdi

15 Avqust 2017 16:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.  Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.

Ehtiyatlı olun, apteklərdə TƏHLÜKƏ - Nazirliyə xəbər verildi

15 Avqust 2017 16:26

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkə hesabında ona ünvanlanan ərizəyə diqqəti yönəldib.