"Xalqımız xoşbəxtdir, yoxsulluq səviyyəsi aşağıdır, ölkəmizi daha böyük uğurlar gözləyir"- Deputat Rövşən Rzayev
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Rövşən Rzayev bu il iyulun 29-da internet-xəbər saytlarından birində yerləşdirilmiş və "Facebook" sosial şəbəkəsində rezonans doğurmuş “Deputat: “Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” başlıqlı yazı barədə fikirlərini açıqlayıb.
15 Avqust 2017 17:09 Sosial"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər olsa da, Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir". Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Onun sözlərinə görə, sosial problemlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib. R.Rzayev əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb. Hazırda Azərbaycanda qeyri-neft sektorunun genişlənməsinə böyük diqqət ayrıldığını deyən R.Rzayevin sözlərinə görə, ötən illər ərzində ölkədə insan resurslarının inkişafına xüsusi önəm verilib: "Bu sahədə çox ciddi işlər görülüb. Əminəm ki, gələcəkdə bizi böyük uğurlar gözləyir". Trend.az