Şəhid mayor Elnur Əliyevə məktub – Həyat yoldaşından

Kinolarda, filmlərdə görmüşdüm doğum gününü qeyd etməkdən nifrət edən insanları. Amma heç vaxt anlam verə bilmirdim. İnsan da öz doğum gününə nifrət edərmi?

Kinolarda, filmlərdə görmüşdüm doğum gününü qeyd etməkdən nifrət edən insanları. Amma heç vaxt anlam verə bilmirdim. İnsan da öz doğum gününə nifrət edərmi?

Səndən sonra dərdk elədim ki, bəli, edərmiş... Sağkən ölməyi, doğum gününü səninlə birgə getməyini, yaş üstünə yaş gəlməsin deyə, səninlə birgə dəfn elədim öz doğum günümü. Amma sənin doğum gününü qeyd etməyi, səni yoxkən yaşatmağı, güllərin, çiçəklərin ən gözəlinin sənin məzarını bəzəməyini hər şeydən çox istəyirəm...

Sənsiz keçən ikinci ad günündür və yenə gəlmişik, əllərimizdə gül...

Üç ürək döyünür məzarının önündə... Gözlərini gözlərinə dikən, məzarını silən, təmizləyən bilmirlər necə etsinlər ki, ataları onlardan razı qalsın deyə, gülləri məzarına düzən, "ana ağlama atam hirslənər" deyə, məni təsəlli etməyə çalışan ailən gəlib səni təbrik etməyə...

Bilmirəm neyləyim ki, məndən razı qalasan... nə deyim ki, məni eşidəsən...

Məzarının üstündə oturub səninlə ürəyimdə saatlarla danışıram... sadəcə səslə bunu deməyi özümə borc bilirəm. Ad Günün Mübarək!

Elə bilirəm səsimi eşidəndə biləcəksən ki, bu mənəm... Səni unutmayan, səni hər zaman, hər yerdə axtaran. Mümkün olmadığını bilə - bilə bir möcüzə gözləyən, həyat yoldaşındı səni təbrik edən.

Ömrünün on il on ayını səninlə keçirən, sözü - söhbəti sən olan, birdən siman yaddan çıxar deyə şəkillərlə nəfəs alan, birdən gələr deyə sənə aid əşyaları üfürə - üfürə saxlayan, uşaqları gözündən qoymayan, onlara bir şey olsa atalarına nə cavab verərəm qorxusu ilə yaşayan Həyat Yoldaşın.

Bu gün 41 yaşın tamam olur... yenə gəlmişəm səni təbrik etməyə. Deyə bilmirəm yüz yaşa. Çünki, qorxuram. Onda səni mən təbrik edə bilməyəcəm. Sadəcə onu deyirəm nə qədər ki, ömrüm var, səni hər zaman yaşadacam. Ömrümün yetdiyi qədər ad gününü təbrik edəcəm.

Şəhid Mayor Elnur Əliyevin həyat yoldaşı Nuranə Məmmədova.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31