Yaddaş zəifliyi neçə yaşdan sonra başlayır?

Yaddaş düşündüyümüzdən daha əvvəl pisləşməyə başlayır. Belə ki, yaddaş zəifliyi heç də həmişə yaş dəyişiklikləri ilə bağlı olmur. Bu, 40, hətta 30 yaşında da başlaya bilər. Bunu 50 yaşdan yuxarı mindən çox insan arasında aparılan sorğunun nəticələri göstərib. Məlum olub ki, problemlər orta hesabla 57 yaşından, hətta daha əvvəl başlayır.

Rəyi soruşulanların 2 faizi etiraf edib ki, yaddaşsızlıq 40 yaşdan sonra başlayır. 6 faiz isə bunun 30 yaşdan sonra baş verdiyini bildirib. Bütövlükdə insanların əksəriyyətində yaddaşla bağlı narahatlıq və xoşagəlməz vəziyyətlərə düşmək pensiyaya çıxandan sonra başlanır. Onların təxminən 31 faizi yaddaşının itməsinin mümkünlüyü ilə bağlı narahat olduğunu bildirib.

Rəyi soruşulanlar evdən corabsız çıxdıqları və ya sadə sözün necə yazıldığını unutduqları barədə hadisələri misal gətirirlər. Bəziləri işgüzar görüşdə hətta öz adını unutduğunu, təyin olunmuş vaxtda həkimə gəlmədiyini və ya təsadüfən partnyorunu mağazada qoyub çıxdığını bildirir.

Sorğunu keçirən "Love to Learn" portalının əməkdaşları deyiblər ki, yaşı 50-dən yuxarı olan respondentlərdən 1/3-i başqalarının adlarını, 19 faizi açarlarını, eynəyini, 13 faizi isə PIN kodu unudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31