Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir. Qurumdan  verilən məlumata görə, nazirlik Azərbaycan Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqənin mövzuları aşağıdakılardır:

• Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi;
• Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
• Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;
• Məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi;
• Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;
• İstedadlı uşaqlarla işin təşkili;
• Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;
• Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;
• Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;
• Məktəblərarası əməkdaşlığın inkişafı.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ "Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31