Sosial

Azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü

16 Avqust 2017 12:27

Rusiyanın Rostov şəhərində azərbaycanlı hovuzda batıb. Hadisə ötən gün səhər saatlarında şəhərdəki otel komplekslərindən birinin hovuzunda baş verib. 

Hava yağışlı olacaq

16 Avqust 2017 12:20

Avqustun 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.  Mülayim şimal-şərq küləyi  əsəcək.

Nazirlik vətəndaşı cərimələdi – 200 manat

16 Avqust 2017 11:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Ənvər Mustafayev tərəfindən Yeni Gəncə yaşayış massivi M.C.Paşayev küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb. 

Dillər Universitetinə qəbul olan tələbələrin - NƏZƏRİNƏ

16 Avqust 2017 11:38

Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinin I kursuna qəbul olmuş abituriyentlərin dünəndən etibarən sənəd qəbulu başlayıb. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun Sənəd Qəbulu Komissiyasının məsul şəxsi Məmməd İsmayılovdan aldığımız məlumata görə, bu il ADU-ya 36 ixtisas üzrə tələbə qəbulu elan edilib və birinci mərhələdə elan olunan yerlərin 95 faizi dolub. Onun sözlərinə görə, sənəd qəbulunun ilk günü ADU-ya qəbul olan 1333 tələbədən 132 nəfəri artıq qeydiyyatdan keçib.

Tolerantlıq Azərbaycan xalqının milli-mənəvi sərvətidir

16 Avqust 2017 11:22

Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan  Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayevölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən və mövzunun əhəmiyyətindən danışıb.

Özəl ali məktəblərə qəbul olanların və boş qalan plan yerlərinin sayı açıqlanıb

16 Avqust 2017 11:18

Bu il Azərbaycanda özəl ali məktəblərə qəbul olan (I mərhələ üzrə) abituriyentlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ili üzrə 6245 plan yerinə 3666 nəfər qəbul olub. Onlardan 3506-sı Azərbaycan, 160-ı Rus bölməsinin məzunlarıdır. Özəl ali məktəblərə qəbul olan 3666 nəfərin 437-si I, 1665-i II, 1408-I III, 108-I IV, 48-I isə V ixtisas qrupunu seçib.

Bələdiyyə sədri 2500 manat cərimələndi

16 Avqust 2017 10:33

Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.  “Olaylar” bildirir ki, araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib. 

Xəzərdə zəlzələ

16 Avqust 2017 10:22

Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yerli vaxtla saat 00:33-də Xəzər dənizində 3.4 bal gücündə zəlzələ qeydə alınıb.

Müsabiqənin nəticələri elan olundu

16 Avqust 2017 09:39

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri  Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilib.”Olaylar” bildirir ki, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci nömrəsində dərc olunacaq.