Tolerantlıq Azərbaycan xalqının milli-mənəvi sərvətidir
Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayevölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən və mövzunun əhəmiyyətindən danışıb.
16 Avqust 2017 11:22 SosialAğcabədi şəhər "Cümə" məscidi dini icmasının "Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan Ağcabədi şəhər "Cümə" məscidi dini icmasının sədri Mərdan Rzayevölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən və mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini C. Əlifzadə "Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar. Natiq onu da vurğulayıb ki, Azərbaycandakı dini konfessiyalar qanun qarşısında bərabər və eyni statusa malikdir.Respublikamızda fəaliyyət göstərən dini qurumlardan 28-i qeyri-müsəlman dini icmalara məxsusdur.C.Əlfizadənin sözlərinə görə, ölkəmizdəki bütün səmavi dinlərin nümayəndələri inanclarında müstəqil və sərbəstdirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə. Nəcəfov çıxışında qeyd edib ki, tolerantlıq Azərbaycan xalqının milli-mənəvi sərvətidir. Onun sözlərinə görə, bu, bizim xalqımızın başqa xalqların və millətlərin nümayəndələrinə və milli-mənəvi dəyərlərinə bəşəri baxışlarının və tarixən formalaşmış humanizm prinsiplərinin nəticəsidir.