Dillər Universitetinə qəbul olan tələbələrin - NƏZƏRİNƏ

Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinin I kursuna qəbul olmuş abituriyentlərin dünəndən etibarən sənəd qəbulu başlayıb. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun Sənəd Qəbulu Komissiyasının məsul şəxsi Məmməd İsmayılovdan aldığımız məlumata görə, bu il ADU-ya 36 ixtisas üzrə tələbə qəbulu elan edilib və birinci mərhələdə elan olunan yerlərin 95 faizi dolub. Onun sözlərinə görə, sənəd qəbulunun ilk günü ADU-ya qəbul olan 1333 tələbədən 132 nəfəri artıq qeydiyyatdan keçib.

Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinin I kursuna qəbul olmuş abituriyentlərin dünəndən etibarən sənəd qəbulu başlayıb. Universitetdən "Olaylar" - a bildirilib ki, ADU-nun Sənəd Qəbulu Komissiyasının məsul şəxsi Məmməd İsmayılovdan aldığımız məlumata görə, bu il ADU-ya 36 ixtisas üzrə tələbə qəbulu elan edilib və birinci mərhələdə elan olunan yerlərin 95 faizi dolub. Onun sözlərinə görə, sənəd qəbulunun ilk günü ADU-ya qəbul olan 1333 tələbədən 132 nəfəri artıq qeydiyyatdan keçib. Universitetdə qəbul olunan abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün 19 nəfərdən ibarət Qəbul Komissiyası yaradıldığını deyən M.İsmayılov 15 avqust 2017-ci ildən 25 avqust 2017-ci ilədək tələbələrin müvafiq sənədlərini universitetə təqdim etməklə qeydiyyatdan keçməli olduqlarını, əks təqdirdə, onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəyini və qəbul haqqında əmrlərinin ali məktəblərə göndərilməyəcəyini qeyd edib. Qeydiyyat prosesinin rahat və uğurla həyata keçirildiyini söyləyən M.İsmayılov qeydiyyat zamanı universitetin könüllü tələbələrinin də abituriyentlərin qeydiyyat prosesini daha rahat keçmələri üçün onlara köməklik göstərdiklərini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31