Sosial
Eldar Mahmudovun oğlu biznesə qayıtdı- Fransanın məşhur içkisi "Caspian Crystal" tərəfindən satılacaq
Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən “Château de Bordeneuve” şirkəti Azərbaycanda “Caspian Crystal” LLC şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda “Caspian Crystal” şirkəti tərəfindən satılacaq.
“Astan Şahverdiyevə yenə qulaqburması veriləcək”- AĞACAN ABIYEV
“Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacaq”. Bunu açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib. Komissiya sədri deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq: “Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.
Alverçilərin daha bir fırıldağı- maşın satmaq istəyənlər diqqətli olun- VİDEO
Paytaxt sakini Elgün Mənsimov və Rauf Məmmədov öz maşınlarını satmaq istəyərkən maşın alverçilərinin fırıldağı ilə qarşılaşıblar. Onlar maşını satmaq üçün internetdə elan yerləşdiriblər. Bir neçə dəqiqədən sonra gələn zənglərlə özlərini alverçi deyilik deyə təqdim edən şəxslər maşının qiymətini aşağı salmaq üçün özlərinə məxsus fırıldağa əl atıblar. Maşının içərisinə minib düşəndən sonra həmin ana qədər işlək vəziyyətdə olan kondisioner və lükün işləmədiyini deyiblər.
Əmək Nazirliyi Sabirabad və İmişli rayonlarında yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabirabad və İmişli rayonlarında inşa etdirilmiş 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Əmək müqaviləsinin bağlanmamasına görə kim məsuliyyət daşıyır?
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır.
Dünya arxeoloqları Naxçıvanda tətqiqat aparır
Eneolit abidələrində tədqiqatlar aparan Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası avqustun əvvəlindən etibarən fəaliyyətə başlayıb. “Olaylar” bildirir ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tanınmış arxeoloq, Dr. Catherine Marronun rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatların məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdir.
Diaspor təşkilatında yeni təyinat
Dünya Azərbaycanlıları Assambleyasında növbəti struktur təyinatı həyata keçirilib. Assambleyanın mətbuat xidmətindən “OLAYLAR” -a daxil olan məlumata görə, Təhsil Nazirliyinin mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat , planlaşdırma və araşdırmalar depratamenti rəhbəri təyin olundu. Bu təyinat Aygün xanımın iş və təhsil karyerasında ilk uğuru deyil.
Albaniya dövrü tariximizə dair maarifləndirici kitab
Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı tariximizin antik və ilk orta əsrlər dövrü barədə oxuculara ətraflı bilgi verir.
Bu şəxslər təhsil haqqı ödəməyəcəklər - SƏBƏB
Qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu davam edir. Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən DİM tərəfindən təqdim olunan 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib.
Telman İsmayılova ağır zərbə: 1,4 milyard dollarlıq “Mardan Palace” bağlandı
Dünyanın ən lüks oteli seçilən və 1,4 milyard dollara başa gələn Antalyadakı “Mardan Palace” hoteli rezervasiyanı dayandırıb. “Mardan Palace” hotelinə zəng edildiyi zaman “Təsisatımız bağlı olduğu üçün rezervasiya ala bilmirik” cavabı verilir. Otelin baş direktoru Selçuk Şentepe isə rezervasiyaların qəbul edilməsinin bir həftə ərzində dayandırıldığını qeyd edib. Selçuk Şentepe işçi heyətinin də işdən çıxarılması ilə bağlı irəli sürülən iddiaların doğru məlumat olmadığını, hələ də oteldə 670 nəfərin işlədiyini, hətta oteldə müştərinin olduğunu da bildirib.
Qız övladı doğduğuna görə 2 oğlu əlindən alınan, bir qızı satılan 30 yaşlı ananın acı HƏYAT HEKAYƏSİ
Bundan əvvəlki yazımızda Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə sığınan qadınlardan birinin həyat hekayəsini dərc etmişdik. 2-ci yazımız da 3 aydır sığınacaqda qalan 6 uşaq anası Elnazla bağlı olacaq. Elnazın hekayəsi çox dəhşətlidir. Qəhrəman ana ilə danışmaq istədikdə gözlərindən yaş süzüldü. 3 qızı ilə sığınacaqda qalır. Biz içəri girəndə o, 3 aylıq qızını yedizdirirdi. Daha sonra aşağı düşdük və gözü yaşlı hekayəsini danışmağa başladı.
Azərbaycanda insan alveri edən 34 təhlükəli QADINLAR
Qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsi üçün tədqiqat aparılacaq
Bu gündən avqustun 19-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında sorğunun keçirilməsi ilə bağlı təlim təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, təlim Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair aparılacaq tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq üçün nəzərdə tutulur. ÜST-nin ekspertləri tərəfindən aparılacaq təlim həm nəzəri, həm də praktiki məşqələlərdən ibarət olacaq.














