Albaniya dövrü tariximizə dair maarifləndirici kitab

Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan  Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı tariximizin antik və ilk orta əsrlər dövrü barədə oxuculara ətraflı bilgi verir.

Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan  Xəlilovun "Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti" kitabı tariximizin antik və ilk orta əsrlər dövrü barədə oxuculara ətraflı bilgi verir. "Olaylar" bildirir ki, kitabın müəllifi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilov kitabın yazılmasında əsas məqsədin Azərbaycan tarixinə dair geniş oxucu auditoriyasının bilik, məlumat dairəsini genişləndirmək olduğunu bildirib.  
Elmi-populyar üslubda qələmə alınmış  əsər Albaniya dövlətinin tarix və mədəniyyətinin öyrənilməsi, ölkə vətəndaşlarının tarixi keçmişimizə dair biliklərinin artırılması, qədim dövrlərə aid abidələrimizlə tanışlıq və Azərbaycan elmi-tarixi həqiqətlərinin xarici ölkələrdə tanıdılması, yayılmasına dəstək vermək baxımından əhəmiyyətlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31