Diaspor təşkilatında yeni təyinat
Dünya Azərbaycanlıları Assambleyasında növbəti struktur təyinatı həyata keçirilib. Assambleyanın mətbuat xidmətindən “OLAYLAR” -a daxil olan məlumata görə, Təhsil Nazirliyinin mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat , planlaşdırma və araşdırmalar depratamenti rəhbəri təyin olundu. Bu təyinat Aygün xanımın iş və təhsil karyerasında ilk uğuru deyil.
16 Avqust 2017 13:39 SosialDünya Azərbaycanlıları Assambleyasında növbəti struktur təyinatı həyata keçirilib. Assambleyanın mətbuat xidmətindən "OLAYLAR" -a daxil olan məlumata görə, Təhsil Nazirliyinin mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat , planlaşdırma və araşdırmalar depratamenti rəhbəri təyin olundu. Bu təyinat Aygün xanımın iş və təhsil karyerasında ilk uğuru deyil.
Bugünə qədər xanım A. Qurbanlı Bakı Baş Gömrük İdarəsində 2012-2014-cü illərdə inspektor vəzfəsində, 2015-ci ildə Diplomatik Akademiyada professor köməkçisi işləyib. Hazırda O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsilin İnkişafı Proqramları şöbəsində mütəxəssis, həmçinin, Azərbaycan Respublikası Təhsil İnstitutu və UNİCEF Azərbaycanın "3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması" birgə layihəsinin layihə kordinatoru vəzifəsində işləyir.
Aygün Qurbanlı Diplomatiya Akademiyada ictimai siyasət ixtisası üzrə magistr təhsili almış eyni zamanda Yaponiyanın Osaka Universitetində tələbə mübadiləsi proqramı çərçivəsində beynəlxalq ictimai siyasət ixtisası üzrə təhsil alıb.