Əmək müqaviləsinin bağlanmamasına görə kim məsuliyyət daşıyır?
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır.
16 Avqust 2017 14:00 Sosialİşəgötürənlər qeyri-leqal əmək münasibətlərinə üstünlük verirlər
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamında nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır. Sərəncama əsasən yaradılmış Komissiyanın hazırladığı əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planının layihəsində əmək müfəttişlərinin potensialının gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək və sosial müdafiə sahələrində aparılan sistem xarakterli islahatların nəticələrindən biri kimi yaradılanƏmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi (ƏMBEİS) İKT-nin tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi dəyərləndirilir. 2014-cü ilin 1 iyul tarixindən fəaliyyət göstərən bu sistem işəgötürənlər üçün onun tətbiqini asanlaşdıran bütün texniki şərtlər nəzərə alınmaqla və əmək münasibətlərinin yarandığı zaman yol verilə biləcək hər hansı pozuntulardan ilkin mərhələdə, eləcə də əmək münasibətləri prosesində həm işəgötürəni, həm işçiləri müdafiə edən bir formada hazırlanıb.
Lakin bütün sadalananlara baxmayaraq hələ də qeyri-rəsmi məmk münasibətində olan vətəndaşların sayi kifayət qədərdir. Vergilər Nazirliyindən bildirilib ki, Əmək Məcəlləsinə əsasən işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır. Asan İmza sertifikatının alınması üçün ASAN xidmət mərkəzlərinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir.
Nazirlikdən onu da bildiriblər ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin "Qeyd" hissəsinə əsasən həmin maddədə "xeyli sayda" dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsindən bildirilib ki, Əmək Məcəlləsində qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək münasibətlərində mülki hüquqi xarakterli müqavilələr üzrə yerinə yetirilən işlərdən fərqləndirən amillərin müəyyən edilməsi, əmək münasibətlərində sahibkarlıq subyektlərinə maneçilik yaradan halların aradan qaldırılması, qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün onların işləməsinə qadağa qoyulan iş yerləri barədə məhdudiyyətin götürülməsi, əmək münasibətlərində birbaşa və dolayı ayrı-seçkiliyə yol verilməyən amillərin beynəlxalq normalara uyğun olaraq daha geniş şəkildə müəyyən edilməsi ilə bağlı dəyişikliklər edilməklə təkmilləşdirilməsi məsələsinin də müzakirə edilməsi nəzərdə tutulur.
Alim