Azərbaycanda siyasi partiyaların fəaliyyəti siyasi plüralizmin göstəricisidir

Sirr deyil ki,  Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında siyasi partiyaların rolunun nə dərəcədə mühüm olduğunu nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardan hesab olunur. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir. Siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan.

Sirr deyil ki,  Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında siyasi partiyaların rolunun nə dərəcədə mühüm olduğunu nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardan hesab olunur. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir. Siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan. Respublikası  vətəndaşlarının  birlikləri nəzərdə  tutulur. Qətiyyətlə demək olar ki, Azərbaycanda siyasi partiyaların sərbəst fəaliyyəti üçün hər cür imkan yaradılıb. Belə ki, ölkədə fəaliyyət göstərəin siyasi partiyalar nizamnamələrinə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək imkanına malikdirlər. Siyasi təkşkilatlar öz üzvlərinin siyasi fəallığına rəvac vermək, vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək, nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək, siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək hüququndan gen-bil istifadə edə bilirlər. Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin  formalaşdırılmasında fəal iştirak edirlər.

Azərbaycanda siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması, onların seçkilərdə iştirakının və beləliklə də çoxpartiyalı demokratik sistemin inkişafına nail olunması məqsədilə bu sahəyə dövlət dəstəyi mexanizminin yaradılması uzun müddət gündəmdə olub. Azərbaycan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini öyrənib, bu sahədə ATƏT və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilib. Nəhayət Azərbaycanda ilk dəfə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib. "Siyasi partiyalar haqqında" qanuna edilmiş düzəlişlər nəticəsində 2013-cü ildən etibarən ölkədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi həyata keçirilir. Maliyyələşmə zamanı Avropa ölkələrinin təcrübəsi əsas götürüləcək, siyasi partiyaların seçkilər zamanı yığdıqları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən onlara maliyyə ayrılır. Qanunda edilmiş dəyişikliklərə əsasən maliyyə vəsaitin ümumi həcmindən 10%-i irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3%-ni qazanan, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünür. Büdcə vəsaitinin 40%-i MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Qalan maliyyə vəsaitinin 50%-i isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölünür. Bu, Azərbaycanın üzv olduğu Avropa Şurası və ATƏT tərəfindən də müsbət qarşılanan bölgü prinsipidir.

Demokratik cəmiyyətdə dövlətin idarə olunması, onun daxili və xarici siyasətinin müəyyən olunmasında demokratik institutlar fəal iştirak edir. Həmin demokratik təsisatlar isə siyasi partiyalar, vətəndaş cəmiyyətləri və meda orqanlarından ibarətdir. Məhz bu institutların normal fəaliyyəti üçün şəraitin yaradılıb-yaradılmamsı  ölkənin demokratik göstəricisinə birbaşa dəlalət edir. Etiraf edilməlidir ki, Azərbaycanda sadalanan qurumların hər birinin sərbəst fəaliyyəti üçün təkmil qanunvericilik bazası yaradılıb. Üstəlik onların daha da inkişaf etməsi məqsədilə dövlət tərəfindən dəstək də verilir.  Qeyd edək ki, güclü dövləti şərtləndirən amillərdən birinin güclü vətəndaş cəmiyyəti olduğunu nəzərə alaraq Azərbaycan bu sahənin inkişafına xüsusi diqqət ayırıb, vətəndaş cəmiyyəti təsisatlarının, Kütləvi İnformasiya Vasitələrinin dövlət tərəfindən dəstəklənməsinə dair konkret mexanizmlər formalaşdırılıb, insan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qanunvericilik islahatları həyata keçirilib. Çoxpartiyalılıq və onun siyasi sistemdə yeri və rolu siyasi elmin aktual problemlərindən biri olmaqla xüsusi maraq doğurur.Müəyyən müsbət və mənfi cəhətlərilə səciyyələnən bu partiya sistemi sosial maraqlar və statusların plüralizminin institusional ifadəsi olmaqla açıq siyasi üstünlüyə malik olmayan siyasi qüvvələr arasında razılıq və kompromislərin axtarışına yönəlir. Belə razılığın əldə olunması, habelə sistemin sabitliyinin təmin olunması isə ölkədəki partiyalar arasındakı qarşılıqlı münasibətlərin xarakterindən xeyli asılıdır. Demokratik ənənələri olmayan cəmiyyətlərdə çoxpartiyalı sistem tez-tez hökumət böhranlarının baş verməsinə səbəb olur.  Cəmiyyətdə çoxpartiyalı siyasi sistemin təhlilini aparmamışdan əvvəl onun nəzəri-metodoloji əsaslarını tədqiq etmək zəruridir ki, bu zaman seçilmiş problemin açar komponenti olan siyasi partiya fenomeninin özünün təhlilindən başlamaq daha məqsədəuyğundur. İlk baxışdan belə görsənə bilər ki, partiya haqqında o qədər elmi və publisistik əsərlər yazılıb, çoxlu sayda müxtəlif siyasi sənədlər var ki, bu məsələyə artıq çoxdan nöqtə qoymaq olardı. Bununla belə, XXI əsrdə də tədqiqatçılar bu problemə fəal surətdə müraciət etməkdə davam edirlər.

Siyasi partiyaların yaranmasının geniş şərhi deyərkən biz hakimiyyət və ya onun reallaşdırılmasında iştirak uğrunda mübarizə aparan insan qruplarının dəyər aspektlərini, yəni ayrı-ayrı şəxslər və ictimai qrupların sosial tələbatlarının ifadə olunması üzərində qurulmuş siyasi məqsəd və maraqları başa düşürük. Bu rakursda siyasi partiyalar mahiyyət etibari ilə bütün dövrlərdə və bütün xalqlarda - hakimiyyət və hakimiyyət münasibətlərində istənilən siyasi sistemin"nüvə"si ətrafında fırlanan əbədi "peyk"dir. Nəticə etibarı ilə, əksər dünya xalqlarının tarixində praktiki olaraq daxili siyasi həyatda baş verən əsas hadisələr bu şərhə uyğun gəlir. Geniş şərhdən fərqli olaraq, siyasi partiyaların dar şərhinin əsasında artıq normativ komponent, yəni şəxsi və ictimai maraqların ümumi qəbul olunmuş siyasi standart və formalarının artikulyasiyasına əsaslanan böyük insan (kütlə) qruplarının aqreqasiyası durur. Ənənəyə görə, XIX əsrin əvvəllərində Avropa və Amerikada yaranmış həmfikirlərin məhz bu cür təşkilati cəhətdən formalaşmış böyük qrupları siyasi partiyalarla eyniləşdirilməyə başlanılmışdır. Belə hesab edirik ki, siyasi partiyaların təbiətinə aid təklif etdiyimiz şərhlər mahiyyət etibarı ilə bir-birinə zidd deyil, əksinə qarşılıqlı olaraq bir-birini tamamlayırlar. Məlum olduğu kimi, ən ümumiləşdirilmiş formada partiya hakimiyyət və ya onun yerinə yetirilməsində iştirak etmək uğrunda mübarizə aparan insan birlikləri (ictimai təşkilat) kimi başa düşülür. Siyasi partiyaların palitoloji lüğətdə verilmiş olduğu tərifində bu ümumi təsəvvür bir qədər detallaşdırılmışdır. Siyasi partiya-xalqın bir hissəsinin maraqlarını təmsil edən və onları dövlət hakimiyyətini ələ almaq və ya onun həyata keçirilməsində iştirak etməyi reallaşdırmağı öz qarşısına məqsəd qoyan həmfikir insanların mütəşəkkil qrupudur.

Nəzərə almaq lazımdır ki, Azərbaycan davamlı olaraq demokratik yolla uğurla inkişaf edir, bu isə o deməkdir ki, qəbul olunmuş istənilən hüquqi sənəd dövrlə ayaqlaşmalıdır. Bu baxımdan da siyasi partiyaların fəaliyyətini tənzimləməli olan qanunlara da çox ciddi dəyişikliklər və əlavələr edilməsinə zərurət vardır. Xüsusən də dövlət-siyasi partiya münasibətlərinin mühüm tərkib hissəsi olan siyasi partiyaların fəaliyyətinin seçkilər zamanı dövlət tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi, siyasi partiyaların dövlət qeydiyyatına alınması qaydalarına düzəliş və dəyişikliklərin edilməsi və s. bu kimi məsələlər mühüm əhəmiyyət kəs edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar öz nizamnamələrində, proqram sənədlərində, başqa aktlarda müəyyən edilmiş məqsədləri və vəzifələri həyata keçirmək üçün bütün mümkün hüqualardan istifadə hüququna malikdirlər. Siyasi partiyalar öz məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaradırlar. Azərbaycan Respublikası Prezidenti, parlamenti və digər seçkili dövlət orqanları seçkilərində, Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının formalaşdırılmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar və təşkilatlar ilə blok və ya ittifaqda) iştirak edirlər. Siyasi təşkilatlar dövlət orqanları qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərir, dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin mənafelərini təmsil edir və qoruyurlar. Partiyaların özlərinin fəaliyyəti haqqında məlumat yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, kütləvi informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa kütləvi tədbirlər keçirmək hüququ vardır. Sadalanan faktlar Azərbaycanda siyasi plüralizmin mövcudluğuna dəlalət edən amil kimi səciyyələndirilməlidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31