Dövlət başçısının uğurlu daxili siyasəti
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır.
15 Avqust 2017 15:30 SosialRegionların inkişafında özünü göstərməkdədir
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır.
Millət vəkili Kamilə Əliyeva deyib ki, artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur: "İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir. Göründüyü kimi, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, o cümlədən bölgələrin yerli və ənənəvi istehsal gücündən istifadə, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin simasının birmənalı şəkildə dəyişməsinə yol açıb. 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının uğurlu icrası yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə də zəmin yaradıb". Kamilə Əliyeva deyib ki, dövlət başçısının uğurlu daxili siyasətinin bariz nümunəsi özünü respublikanın bütün regionları, o cümlədən şimal-qərb regionunun inkişafında göstərməkdədir. Millət vəkili qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur: "Hazırda qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan aqrar sahənin daha da inkişafı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Təmsl etdiyim bölgədə barama, tütün və fındıqçılığın inkişafı üçün böyük potensial var. Qax rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi bu faktı bir daha təsdiqləyir. Kənd təsərrüfatında dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar verir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olub və müvafiq sənədlər imzalanıb. Qaxda keçirilən respublika müşavirəsi bir daha təsdiqlədi ki, dövlət başçısı bu sahədə görülən işləri xüsusi diqqət mərkəzində saxlayır. Müşavirədə qeyd olunduğu kimi son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlər əldə olunub. Amma hazırda görülən işlər nəticəsində bu sahələrdə daha böyük nəticələr qazanılacaq. Müşavirədə qeyd edildiyi kimi, iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək. Eləcə də, digər sahələrdə də ciddi tədbirlər görülür ki, tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bu ilin altı ayında ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Hazırda ölkədə qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Beləliklə, dövlət başçısının vurğuladığı kimi idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir".
Məhəmməd