Abituriyentlərin təhsil haqqı problemi
Nəhayət, abituriyentlərin imtahan həyəcanı bitdi. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqladı. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
15 Avqust 2017 15:29 SosialYaxud universitetlərin təhsil haqqını tam olaraq tələb etməsi doğrudurmu?
İlqar Altay: "Təhsil haqqında qanun belə bir halı nəzərdə tutmur"
Nəhayət, abituriyentlərin imtahan həyəcanı bitdi. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqladı. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%). Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolub. Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ancaq hər il olduğu kimi bu il də bəzi tələbə adını qazanmış abituriyentlər bu anın sevincini tam yaşamamış qayğı, sıxıntı ilə rastlaşırlar. Söhbət istər dövlət, istərsə də qeyri-dövlət ali təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin illik təhsil haqqlarını ödəməsindən gedir. Etiraf etmək lazımdır ki, indiki şəraitdə bir ailənin istər dövlət, istərsə də qeyri-dövlət ali təhsili müəssisəsinin pullu ixtisasına qəbul olunmuş övladı üçün tələb olunan təhsil haqqını ödöməsi o qədər də asan başa gəlmir. Əgər məlum maliyyə böhranına qədər valideyn bu problemi bankdan kredit götürmək yolu ilə həll edə bilirdisə, son bir neçə ildə bankların kredit verilməsi prosesini bir qədər çətinləşdirməsi abituriyentləri sıxıntıya soxur. Xüsusilə, ali təhsil müəssisə rəhbərlərinin illik təhsil haqqını əvvəlcədən və tam olaraq tələb etməsi də vəziyyəti bir qədər də çətinləşdirir. Bəzən nəzərdə tutulan təhsil haqqını ödəmək gücündə olmayan tələbə təhsilini yarımçıq saxlamalı olur və ali təhsil almaq həvəsi gerçəkləşməmiş qalır. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay da bu problemə diqqət çəkərək təəssüf hissi ilə qeyd edir ki, universitetlər ali məktəblərə pullu şərtlərlə yenicə daxil olmuş tələbələrə təhsil haqqının tam illik keçirilməsi tələbini qoyur. Onun sözlərinə görə, bu addım qanuna, məntiqə və beynəlxalq təhsil qaydalarına tam zidd olmaqla və həm də mənəvi-ictimai baxımdan insafsızlıqdır: "Birincisi, təhsil haqqında qanun belə bir halı nəzərdə tutmur. Ikincisi məntiqlə, niyə tələbə bir ilin, yəni iki semestrin pulunu ödəməlidir, tədris ili özū iki semestrə bölūndūyū halda? Bəlkə bir semestrdən sonra tələbə heç bəyənmir tədrisi, şəraiti, ya fikrini dəyişir, ya xəstələnir ya travma alır". İlqar Altay bildirib ki, beynəlxalq təhsil sistemində də bu yoxdur: "Mənim oglum məsələn, Almaniyada hər semestri ödəyir, 285 evro. Hollandiyadakı qizim isə hətta hər ayın pulunu ödəyir. Başqa ölkələr də elə. Bu hal, maliyyə baxımından tələbənin hūququnun pozulması kimi sayılır. Çūnki əksər tələbələr maddi baxımından elə də imkanlı olmur. Azərbaycanda ödənişli şərtlərlə daxil olmuş tələbələrin də əksəriyyəti təhsil haqqını çətinliklə ödəyirlər. Balları aşagı oldugundan, məcburən ödənişliyə gedirlər. Indi təsəvvūr edin ki, Ali Təhsil Mūəssisələrinin bu cūr dalana dirəmə siyasəti ilə neçə gəncin həyatî çətinliyə dūşūr. Eləsi olur, illik məbləgi tapmır, təhsildən kənar qalır o boyda zəhmətdən sonra. Eləsi var borca girir, ailələr, valideyin qaça-qaç pul axtarır. Nəyə lazımdır, təhsil orqanı tərəfdən atılan bu addım? Sənin işin mūvafiq imtahan verib oxumaqda həvəsi olan hər bir gənci dəstəkləməkdir, məhz dövlətin gələcəyi ūçūn. Daha, tələbə ūçūn mūxtəlif gəlir variantları qurub, mūştəri gözū ilə baxmaq yox". İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, Ali Təhsil Mūəssisələri rəhbərlərnin bu cūr sərt və özbaşına tələbi ilə şoka, sixıntıya dūşmūş tələbə və valideyinlər bununla əlaqədar, dövlət rəhbərlyinə mūraciət etməlidirlər: "Ola bilməz, belə antihumanist addım təşəkkūl tapsın".
Füzuli