Dini Komitə Qaxda regional konfrans keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirib. “OLAYLAR”-ın xəbərinə görə, RİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Abbasov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”nin önəminə toxunub. O qeyd edib ki, İslam həmrəyliyi dedikdə Prezidentimizin bu ideyaya daxil etdiyi həssas və dərin mətləbləri nəzərə almalıyıq. İ.Abbasov bildirib ki, bu son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Natiq, eyni zamanda “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda həyata keçirilən konfrans, seminar, maarifləndirmə tədbirləri, eləcə də islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib.
15 Avqust 2017 16:11 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda regional konfrans keçirib. "OLAYLAR"-ın xəbərinə görə, RİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Abbasov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin önəminə toxunub. O qeyd edib ki, İslam həmrəyliyi dedikdə Prezidentimizin bu ideyaya daxil etdiyi həssas və dərin mətləbləri nəzərə almalıyıq. İ.Abbasov bildirib ki, bu son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Natiq, eyni zamanda "İslam Həmrəyliyi İli" çərçivəsində rayonda həyata keçirilən konfrans, seminar, maarifləndirmə tədbirləri, eləcə də islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib.
Konfransda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin effektinin daha da artırılmasıdır.
Zərərli dini cərəyanlara qarşı mübarizədə dini maarifləndirmənin önəminə toxunan G.İsmayılov bildirib ki, insanları yalnız inzibati tədbirlər yolu ilə zərərli dini cərəyanların təsirindən qorumaq qeyri-mümkündür. Buna görə də hər kəs minimum dini biliklərə sahib olmaqla yanaşı zərərli dini cərəyanlar və qeyri-ənənəvi təriqətlər barədə məlumatlı olmalıdır. Ən düzgün maarifləndirmə metodologiyası səhvlə yanaşı, doğrunu da göstərməkdir.