Sosial
Komaya düşən Elçin Əlibəylinin xanımı: "Hazırda həkimlərin nəzarəti altındadır”
Teleaparıcının həyat yoldaşı Dilrubə Əlibəyli açıqlamasında xəbəri təsdiqləyib: "Bir müddət idi ki, Elçin pəhriz saxlayırdı, yalnız düyü yeyirdi. Sən demə, düyü onun səhhətinə pis təsir edib. Öd kisəsində ağrılar başladı. İki həftə əvvəl xəstəxanaya getdik, dedilər ki, düyü öd kisənə ziyandır, daha yemə. Dünən gecə Elçinin halı qəfildən pisləşdi, güclü ağrılar başladı. Tez tanış həkimə zəng vurduq, o dedi ki, təcili əməliyyat olunmalıdır.
1 ailənin 3 üzvünün yaralandığı qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO
Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Qaxa doğru hərəkət edən "Lexus" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı dərəyə yuvarlanıb. Hadisə zamanı Bərdə rayon sakinləri 51 yaşlı Kəmalə Nərimanova, 65 yaşlı Yusif Nərimanov və 7 yaşlı Nərmin Nərimanbəyli xəsarət alıblar. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxcanasına çatdırılıblar.
Bakıda avtobus sürücüsündən özbaşınalıq: qulağında telefon avtobusu qapısı açıq sürür - VİDEO
Bakıda avtobus sürücüsü qaydaları pozaraq sərnişinlərin həyatını təhlükəyə atıb. Bu barədə sərnişinlər məlumat veriblər.
Azərbaycan maraqları Çexiyada müdafiə ediləcək
"Yeni Həyat - İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Azərbaycan milli mövqeyinin Çexiya mediasında işıqlandırılmasının təşkili” layihəsinə start verib.
"Dünya skautları Azərbaycandan zəngin təəssüratlarla qayıdacaqlar"
Uşaq evlərində oftalmoloji müayinələr keçirilib
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə oftalmoloji müayinələr keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlib ki, müayinələr uşaq evlərindəki sağlamlıq imkanları məhdud şəxsləri və sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.
Məşhur teleaparıcı komadadır - Elçin Əlibəylidən xəbər var
Tanınmış teleaparıcı Elçin Əlibəyli əməliyyat masasında komaya düşdü. Teleaparıcının şəkər xəstəliyi olduğundan əməliyyat ona pis təsir edib. Hazırda koma vəziyyətindədir.
Nazirin qardaşı danışdı- Zərərçəkənin vəkili Ceyhun Yusifov məsuliyyətə cəlb oluna bilər
Tanınmış vəkil İmaməli Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə zərərçəkmiş Əlikram Camalov barəsində yayılan məlumatlarla bağlı mediaya müraciət ünvanlayıb.
Kəlbəcərli seçicilərin qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. “OLAYLAR”-ın xəbərinə görə, növbəti qəbul avqustun 15-də keçirilib.
Əhalinin sayı 10 milyonu haqladı
Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq9850077 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
620, 640 və 660 bal yığan abituriyentlər universitetə qəbul ola bilmədi
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 15-dən 20-dək aparılır.
"Qərbi Azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi ən böyük səhv idi"
Azərbaycanlıların Ermənistandan deportasiyasının təqribən yüz ildən böyük bir tarixi var. Ata-baba torpaqlarımızdan ən azı iki milyondan atrıq insan deportasiya olunub. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə. Sonuncu və böyük bir dalğa 1988-ci ildə gəldi. Azərbaycanlıların hamısı Ermənistandan deportasiya olundu. SSRİ-nin mövcud olduğu 70-il ərzində də zaman-zaman Qərbi Azərbaycandan olan soydaşlarımız güclü deportasiyaya məruz qalıblar.
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluğa işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.
"Dövlət proqramı tütünçülüyün inkişaf planını konkretləşdirəcək"
“Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək”. Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.














