"Dövlət proqramı tütünçülüyün inkişaf planını konkretləşdirəcək"

“Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək”. Bu fikirləri  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

"Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək". Bu fikirləri  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Dövlət proqramında tütünçülük sahəsinin inkişafı üçün bütün amillərin nəzərə alındığını deyən deputat bildirib ki, yeni proqramda 2021-ci ilədək tütün istehsalını ildə 12 min tona çatdırmaq öz əksini tapıb: "Bu göstərici ölkədə tütün məhsullarına olan tələbatı təmin etməkdən əlavə, həm də tütünü ixrac etməyə də imkan verəcək".

R. Quliyevin sözlərinə görə, proqramın qəbulu bir daha göstərdi ki, dövlət tütünçülüyün inkişafı üçün hər cür şəraitin yaradılmasına və dəstək göstərməyə hazırdır.

Komitə üzvü Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli olan ərazilərin adlarını da açıqlayıb: "Tütünün yetişdirilməsi üçün daha əlverişli ərazilər Azərbaycanın şimal-qərb rayonlarıdır. Çünki, bu rayonlarda tütünçülüyün inkişafı üçün əlverişli iqlim şərtləri, fermerlərin tütünçülük sahəsində müəyyən təcrübələri var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31