1 ailənin 3 üzvünün yaralandığı qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Qaxa doğru hərəkət edən "Lexus" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı dərəyə yuvarlanıb. Hadisə zamanı Bərdə rayon sakinləri 51 yaşlı Kəmalə Nərimanova, 65 yaşlı Yusif Nərimanov və 7 yaşlı Nərmin Nərimanbəyli xəsarət alıblar. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxcanasına çatdırılıblar.

Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Qaxa doğru hərəkət edən "Lexus" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı dərəyə yuvarlanıb. Hadisə zamanı Bərdə rayon sakinləri 51 yaşlı Kəmalə Nərimanova, 65 yaşlı Yusif Nərimanov və 7 yaşlı Nərmin Nərimanbəyli xəsarət alıblar. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxcanasına çatdırılıblar. Tibb müəssisəsindən verilən məlumata görə, Yusif Nərimanov və balaca Nərmin qəzadan cuzi xəsarətlərlə qurtarsalar da, qadının vəziyyəti ağırdır və hazırda Reanimasiya şöbəsindədir. İlkin ehtimala görə, hadisənin baş verməsinə sürət həddinin aşılması səbəb olub. Faktla bağlı araşdırma aparılır. Milli.az ARB TV-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31