Kəlbəcərli seçicilərin qəbulu keçirilib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. “OLAYLAR”-ın xəbərinə görə, növbəti qəbul avqustun 15-də keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. "OLAYLAR"-ın xəbərinə görə, növbəti qəbul avqustun 15-də keçirilib. Qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov əvvəlcə Cavid Qurbanovun garşıdan gələn Qurban bayramı münasibəti ilə təbrikini sakinlərə çatırıb. Bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilmiş , onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Qeyd edilib ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib. Sosial qayğıya ehtiyaçı olanlara köməkdarlıq edilib. Qəbulda 31 nəfər seçici iştirak edib.
Bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31