Sosial
Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb. Hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb.
Fikir və söz azadlığı demokratiyanın mühüm göstəricisidir
Söz və fikir azadlığı dünyanın hər bir ölkəsində ən vacib məsələlərdən biridir. Kimisə buna daha çox dəyər verərək fikir və söz azadlığını inkişaf etdirir, kimi də ona maneə, problem yaradır. Xüsusilə demokratiya yoluna təzə qədəm qoymuş və yaxud qeyri-demokratik ölkələrdə bu problem əsas müzakirə mövzularından biri olaraq, qalmaqdadır. İnsanın öz fikirlərini azad şəkildə ifadə etməsi onun ən doğal haqqıdır. Ancaq təəssüflər olsun ki, günümüzdə əksər ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə insanlara bu haqq verilmir və ya bu haqqa dözümsüz münasibət bəsləyirlər. Öz fikrini azad şəkildə ifadə edən insanlar, xüsusilə, jurnalistlər müxtəlif təzyiqlərə, təqiblərə məruz qalır. Bəzi dövlətlər tərəfindən mətbuat orqanlarına senzura tətbiq edilir və yaxud müxtəlif yollarla onların fəaliyyətinə süni əngəllər yaradılır. Bundan ən çox əziyyət çəkən isə bütün cəmiyyət, xüsusən də onun fikir adamlarıdır. Axı hər bir ziyalı üçün fikirlərinin məhdudlaşdırılmasından daha böyük təhqir ola bilməz.
DİN Göygöldə iki qadının qətli ilə bağlı məlumat yayıb
Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib. Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb. Z.Əliyev o, könüllü olaraq Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.
“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Avqustun 1-dən bugünədək 8160 nəfər qeydiyyatdan keçib.
Bakıda sabiq dövlət və hökumət başçıları ilə gənc liderlərin diskussiyası təşkil olunacaq
Avqustun 21-24-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gələcək.
Sabirabadda 483 ədəd çətənə kolları məhv edilib
Sabirabad rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Axısxa kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 512 kiloqram olan 483 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Avqustun 18-də Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmış 1 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:30-da başa çatıb. .
Jurnalistlər üçün təlim keçirilib
Avqustun 18-də Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT Platforması) həyata keçirdiyi "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycanda açıq hökumət tərəfdaşlığı və layihə çərçivəsində görülən işlər barədə məlumat verib. AHT Platformasının strategiyasının hazırlandığını nəzərə çatdıran Ə. Nuriyev açıq hökumət tərəfdaşlığı ilə bağlı AHT Platformasının təkliflər hazırladığını və yaxın iki həftə ərzində hökumətə təqdim ediləcəyini açıqlayıb. Bu təkliflər sırasında vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün əlavə şəraitin yaradılması, parlamentdə büdcə müzakirələrində vətəndaş cəmiyyəti üzvlərinin iştirakının təmin edilməsi də var.
Nazirlikdən tələbələrin köçürülməsi və ixtisas dəyişməsi ilə bağlı açıqlama
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.
Əmək Nazirliyinin sosial xidmət müəssisələrində 1106 nəfər şəxs daimi dövlət təminatında yaşayır
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1106 nəfər şəxs daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.
Bakının daha bir parkında internet pulsuz oldu
“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib. Bu barədə telekommunikasiya bazarındakı mənbə məlumat verib. Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır.
Məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatına hazırlıq çərçivəsində görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi və İntellektual Klublar Assosiasiyasının birgə təşəbbüsü ilə 2013-cü ildən reallaşdırılan “Breyn-rinq” layihəsi bu il də həyata keçiriləcək. “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatının televiziya çəkilişləri sentyabrın 1-dən 4-dək aparılacaq. Tədbirdə çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib.
Lerikdə nadir tapıntıların oğurlanması faktına görə cinayət işi başlanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Başlanmış cinayət işi üzrə kənd sakinləri və qazıntı işlərini həyata keçirən şəxslər dindirilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
SOCAR prezidenti Sumqayıtda olub
SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR prezidentinə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq.
Miqrasiya xidməti barədə maarifləndirici tədbir keçirilib
Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzularında maarifləndirici tədbir keçirilib.














