SOCAR prezidenti Sumqayıtda olub

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR prezidentinə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq.

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda "Azərikimya" İB-nin "Etilen-polietilen" zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub. "OLAYLAR"-ın xəbərinə görə, SOCAR prezidentinə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər planı SOCAR prezidentinə təqdim olunub, görüləcək işlərin təsnifatı müzakirə edilib. Bildirilib ki, "Etilen-polietilen" zavodunda "TECHNİP İTALY S.p.A." şirkəti tərəfindən icrasına start veriib və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artırılacaq, "SOCAR-Polimer" layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı gücləndiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31