“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Avqustun 1-dən bugünədək 8160 nəfər qeydiyyatdan keçib.
18 Avqust 2017 16:06 Sosial2017-2018-ci tədris ili üzrə "ASAN peşə" layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət" mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Avqustun 1-dən bugünədək 8160 nəfər qeydiyyatdan keçib.
Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN xidmət" mərkəzlərində aparılır. Ödənişli əsaslarla şagird qəbulu həmin təhsil müəssisələri tərəfindən həyata keçirilir.