Sosial

Belə bədən quruluşu olan qadınlar diqqətli olmalıdır

18 Avqust 2017 19:52

Qadınların bədən quruluşunun bir neçə tipi mövcuddur. Onlardan ən tez-tez rast gəlinən tiplər "alma" və "armud"dur. Alma bədən quruluşu olan qadının omba və çiyinlərinin eni eyni, beli enli olur. Kökələndə bu qadınlar əsasən qarın nahiyəsindən kökəlir ki, nəticədə bədənin yuxarı hissəsi daha "ağır" görünür. Armud bədən tipi olan qadınların ombası enli, çiyinləri və döşü dar, beli incə olur. Bu qadınlarda bədənin aşağı hissəsi daha "ağır" görünür.

Siqareti tərgitmək istəyənlər bu qidaları yesin - SİYAHI

18 Avqust 2017 19:33

Mütəxəssislər siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını deyirlər. Təbiətdə olan bir çox qida həm siqareti tərgitməyə, həm də sonrakı müddətdə çəkini nəzarət altında saxlamağa kömək olur.

Jestləri tanıyan əlcək hazırlandı

18 Avqust 2017 19:28

Kaliforniya Universitetinin bir qrup alimi lal-kar insanlar tərəfindən istifadə edilən jest dilini anlamaq üçün "ağıllı" əlcək hazırlayıblar. Ünsiyyəti asanlaşdıran “Smart Glove” əl jestlərini tanıyaraq onları mətnə çevirir.

Hamilə qadının şərab içməsi körpənin əqli inkişafına zərbə vurur

18 Avqust 2017 19:22

Araşdırmaların nəticələrinə görə, hamilə qadının həftə ərzində hətta bir neçə qədəh şərab içməsi körpənin əqli inkişafına mənfi təsir göstərir.

ŞOK İDDİA: Nahardan sonrakı yuxu ömrü uzadır

18 Avqust 2017 19:18

Gündüz yuxusu ürəyə və damar sisteminə müsbət təsir göstərir. Kordioloqlar bildirmişlər ki, günorta yuxusu insanın ürək-damar sistemində stressdən yaranmış gərginliyi aradan qaldırır. Onlar ürək xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə edir ki, günorta yuxusuna vaxt ayırsınlar.

Oğlan anası olmağın 10 gözəl cəhəti...

18 Avqust 2017 19:12

Ana olmaq çox gözəl hissdir. Bəs oğlan övladına sahib olmağın gözəl cəhətləri nələrdir? Sizin üçün bunları qeyd etdik. Kiçik də olsa bir kişinin ilk məhəbbəti olacaqsınız.

Yaşıl çay kişilərdə beynin effektivliyini artırır

18 Avqust 2017 19:08

Adi yaşıl çay kişilərdə yaddaşın keyfiyyətini və qavrama qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir. Tədqiqatçılar fiziki cəhətdən sağlam olan 12 könüllünün iştirakı ilə çayı sınaqdan keçiriblər. Onlar kişiləri iki qrupa ayırıblar. Birinci qrup yaşıl çay ekstraktından hazırlanmış maye içib, ikinci isə kontrolqrup kimi çıxış edib. Təcrübədə istifadə olunan ekstrakt 1-2 fincan çaya bərabər olub.

D vitamini dişləri qoruyur

18 Avqust 2017 19:03

Vaşinqton Universitetinin alimləri D vitaminin yeni xüsusiyyətlərini müəyyən ediblər. Demə, D vitamini kariyesin inkişafının qarşısını alır. Doktor Filipp Xyuelə görə, sümüklərin bərkiməsində vitaminin rolu danılmazdır. Lakin onun kariyesin qarşısını alması barədə dəqiq məlumatlar yox idi.

Hacı Şahindən dənizdə hicabla çimənlərlə bağlı AÇIQLAMA

18 Avqust 2017 18:27

Azərbaycana bir çox yerlərdən, o cümlədən ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Xüsusən yay aylarında ölkəmizə səfər edən turistlər çimərliklərə və hovuzu olan məkanlara üz tuturlar. Xanımların hicabla dənizdə çimməyi əksər hallarda ironiya ilə qarşılanır. Dəfələrlə sosial şəbəkələrdə hicabla dənizə girən xanımların görüntüləri paylaşılaraq tənqidi fikirlər səsləndirilib.

Bakıda ərazini zibilləyən şəxslərin tapılması üçün polisə müraciət olunub

18 Avqust 2017 18:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, Z. Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub. 

Bu tərəvəz bədəni zəhərdən təmizləyib immuniteti gücləndirir

18 Avqust 2017 18:13

Mütəxəssislər noxudun yeni faydasını üzə çıxarıb. Mütəxəssislər noxudun bədəni toksinlərdən təmizlədiyini açıqlayıb. Alimlər bildirib ki, noxud xərçəng başda olmaqla bir çox xəstəliyin yaranmasının qarşısını alır.

Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib

18 Avqust 2017 17:44

Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

Qobustan qoruğunda yeni tapıntılar

18 Avqust 2017 17:42

2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi" çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər.

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

18 Avqust 2017 16:55

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. 

Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb

18 Avqust 2017 16:36

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb. Hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb.