D vitamini dişləri qoruyur
Vaşinqton Universitetinin alimləri D vitaminin yeni xüsusiyyətlərini müəyyən ediblər. Demə, D vitamini kariyesin inkişafının qarşısını alır. Doktor Filipp Xyuelə görə, sümüklərin bərkiməsində vitaminin rolu danılmazdır. Lakin onun kariyesin qarşısını alması barədə dəqiq məlumatlar yox idi.
18 Avqust 2017 19:03 SosialVaşinqton Universitetinin alimləri D vitaminin yeni xüsusiyyətlərini müəyyən ediblər. Demə, D vitamini kariyesin inkişafının qarşısını alır. Doktor Filipp Xyuelə görə, sümüklərin bərkiməsində vitaminin rolu danılmazdır. Lakin onun kariyesin qarşısını alması barədə dəqiq məlumatlar yox idi.
Alimlərin apardıqları klinik tədqiqatlar D vitaminin səviyyəsinin dişlərin vəziyyətinə təsirini müəyyən edib. Mütəxəssislər ABŞ-da, Kanadada, Avstriyada, Yeni Zelandiyada, İsveçdə tədqiqatlar aparıblar. Məlum olub ki, orqanizmində D vitamini çatışmayan uşaqların dişləri tez çürüyür və bəzi hallarda isə diş çıxması prosesi ləngiyir. Bu vitamin dişlərin və sümüklərin minerallaşmasını yaxşılaşdırır.