Hamilə qadının şərab içməsi körpənin əqli inkişafına zərbə vurur

Araşdırmaların nəticələrinə görə, hamilə qadının həftə ərzində hətta bir neçə qədəh şərab içməsi körpənin əqli inkişafına mənfi təsir göstərir.

Araşdırmaların nəticələrinə görə, hamilə qadının həftə ərzində hətta bir neçə qədəh şərab içməsi körpənin əqli inkişafına mənfi təsir göstərir.

Oksford və Bristol universitetlərinin alimləri 4 min uşağın intellektual əmsal (İƏ) göstəricilərini, habelə onların analarının hamiləlik dövründə içdikləri alkoqollu içkilərin miqdarı barədə məlumatı təhlil edərək müəyyənləşdirmişlər ki, az miqdarda alkoqollu içki İƏ göstəricisinə pis təsir göstərir. Mütəxəssislər təsirin güclü olmadığını bildirsələr də, alkoqolun bütünlüklə hamilə qadının rasionundan çıxarılmasını israr edirlər. Araşdırmalar göstərmişdir ki, İƏ dəyişiklikləri həftədə 1-6 qədəh içmiş qadınların uşaqlarında müşahidə olunmuş, lakin hamiləlik dövründə tünd içkilərdən bütünlüklə imtina etmiş qadınların uşaqlarına toxunmamışdır. Araşdırma qrupunun rəhbəri doktor Ron Qrey əlavə etmişdir ki, dəyişiklik əhəmiyyətli olmasa da, hər halda sosial bərabərsizliyə, sağlamlıq durumunun zəif olmasına və hətta erkən ölümə gətirib çıxara bilər. O demişdir: "Hamiləlik dövründə alkoqol qəbul edib-etməyəcəyini qadın özü həll etməlidir. Biz yalnız alkoqolun ziyanını sübut etmək istəmişik. Mən alkoqoldan vaz keçməyi məsləhət görərdim, riskə getməyə ehtiyac varmı?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31